Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək |
Mojo.az Avto
Mojo.az Avto

"8-ci kilometr" bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı

08.05.2025 23:01 924
Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən və "8-ci kilometr” bazarı kimi tanınan ticarət mərkəzində xadimənin ticarətlə məşğul olan qadını döyməsi ilə bağlı məhkəmə qərarı elan olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1982-ci il təvəllüdlü, "Ramal” Ticarət Mərkəzində xadimə işləyən Fərqanə adlı qadın barəsində Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa orta ağır zərər vurma - xuliqanlıq niyyəti ilə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

İstintaq zamanı müəyyən olunub ki, Fərqanə bazarın girişində 12 ildir qadın geyimləri satışı ilə məşğul olan Vüsalə adlı ticarətçi ilə mübahisə edib. Səbəb isə Fərqanənin 31-ci sırada yerləşən 3-cü və 4-cü piştaxtalar arasındakı keçidə stul qoyması olub. Bu hərəkətə etiraz edən Vüsalə ilə aralarında əvvəlcə sözlü mübahisə, daha sonra isə fiziki qarşıdurma yaranıb.

Mübahisə zamanı Fərqanə əlindəki stulu yerə qoyaraq Vüsaləyə hücum çəkib və yumruqla onun sol sifət və sol qol nahiyələrinə zərbələr endirib. Hadisə nəticəsində Vüsalənin sol almacıq sümüyü sınıb, həmçinin sol bazusunda və ağzının sol küncündə qançırlar yaranıb.

Məhkəmənin çıxardığı hökmə əsasən, Fərqanə 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza müddətində elektron qolbaqla nəzarət altında saxlanılacaq.

Son xəbərlər