Mojo.az Banner
17:25 Boş plan yerlərinə qəbul olanlara vacib XƏBƏR  |     17:02 Qaçırdığı qızla günlərlə maşında gecələdilər: Həbs edilən var  |     16:51 Azərbaycana gətirilən malların dəyəri manatla bəyan ediləcək  |     16:32 Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ  |     16:12 ChatGPT-dən istifadəçiləri təəccübləndirən YENİLİK  |     16:11 Abşeron və Binəqədi rayonunda oğurluq edənlər saxlanıldı  |     16:03 Rusiya Silahlı Qüvvələri Ukraynada dörd yaşayış məntəqəsinə nəzarəti ələ keçirib  |     15:24 “Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO  |     15:21 Azərbaycanda bu yerlərdə işləyənlər ən az 2 min manat maaş alır - SİYAHI  |     15:19 Nikol Paşinyan: "Ermənistandan Azərbaycana ixrac üzrə ilkin razılaşma var"  |     15:10 Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - AÇIQLAMA (FOTO)  |     15:06 Alen Simonyan Bakıya səfər edəcək?  |     15:04 Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı  |     15:02 Bakıda bəzi məktəblərdə TƏDRİS ONLAYN OLACAQ - SƏBƏB  |     14:58 "Atam MİDA-da işləyir" yalanı ilə dələduzluq edən taksi sürücüsü CƏZALANDIRILDI  |     14:57 Bakıda qardaş və bacı bir-birini bıçaqladı  |     14:56 "Yaşına uyğun bəzənmirdi" – Anasını öldürən Emilin ifadəsi  |     14:34 Pula görə böyrəyini satmaq istədi, 6000 manat cərimə olundu  |     14:27 Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU - FOTO  |     14:26 655 karat brilyantı Bakıya gətirmək istədilər  |    
Left Banner
Right Banner

Zaqatalada qızılca xəstəliyi yayılıb

17.11.2023 17:53 3 108
Zaqatalada qızılca xəstəliyi yayılıb
Zaqatalada qızılca xəstəliyi yayılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, oktyabr ayının ikinci ongünlüyündən başlayaraq Zaqatala rayonu ərazisində qızılca xəstəliyinin yayılması müşahidə olunur.

Xəstəliyə Zaqatala şəhər və rayonun Kebeloba, Car, Yuxari Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında rast gəlindiyi bildirilir.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub:

“Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən səkkizi uşaqdır, vəziyyətləri stabildir.

Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (beşi uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. Doqquz xəstənin isə stasionar müalicəsi davam etdirilir”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, Zaqatala rayonunda qızılcaya yoluxma tək-tək hallarda qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb:

“Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunublar. Hazırda rayonda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir”.скачать dle 11.3
Mojo.az Banner