Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Yaşına uyğun bəzənmirdi" – Anasını öldürən Emilin ifadəsi

03.09.2026 14:56 324
Bakıda anasını qətlə yetirən və bir neçə gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilən Emil Ağayevin verdiyi ifadələr müəyyən olub.

O, məhkəmə iclasında 1959-cu il təvəllüdlü anası Həyat Ağayevanı "TikTok"da başqa şəxslərlə danışdığı üçün öldürdüyünü bildirib.

"Ömürlük cəza verilsə də, namusumu təmizlədiyim üçün vicdanım rahatdır. Mənə qarşı pis ana olmasa da, davanışlarına dözə bilmədim. 67 yaşı var idi, yaşına uyğun bəzənmirdi. "TikTok"dan istifadə etməsi məndə qıcıq yaradırdı. Anamı öldürməyimə səbəb hadisə baş verməzdən əvvəlki gecə onun telefonla kiminləsə pıçıltı ilə danışmasıdır. Müstəntiq soruşanda da demişdim ki, anamı "TikTok"dakı yazışmalara görə öldürmüşəm. Ona dəfələrlə xəbərdarlıq etmişdim ki, "etmə, öldürürəm səni", - deyə Emil Ağayev deyib.

Məhkəmədə zərərçəkənin hüquqi varisi Emil Ağayevin anası barədə düz danışmadığını bildirib.

O da məlum olub ki, Emil Ağayev psixotrop dərmandan istifadə edib. Təqsirləndirilən şəxs anasını öldürdüyü üçün çox peşman olduğunu dilə gətirib, hadisə gününə qayıtmaq istədiyini qeyd edib.

Emil Ağayev psixi vəziyyətinin yaxşı olmadığını bildirərək ona yüngül cəza verilməsini istəyib. Mərhumun hüquqi varisi, Həyat Ağayevanın qızı isə qardaşına ömürlük cəza verilməsini məhkəmədən xahiş edib.

Qeyd edək ki, hadisə 2025-ci il yanvarın 24-ü paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

mənbə: xitab24

Son xəbərlər