Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Pula görə böyrəyini satmaq istədi, 6000 manat cərimə olundu

03.09.2026 14:34 348
Pula görə böyrəyini satmaq istədi, 6000 manat cərimə olundu
Azərbaycanda böyrəyini satmaq istəyən şəxs 6000 manat cərimələnib.

Median.Az
Xitab24.az-a istinadən xəbər verir ki, bununla bağlı Xətai Rayon Məhkəməsi qərar çıxarıb.

Cəriməyə məruz qalan şəxs Abşeron Rayon Məhkəməsinə müraciət edərək cərimə icrasının 6 ay müddətinə təxirə salınması və hissə-hissə ödənilməsinə icazə verilməsinə dair qərar qəbul edilməsini xahiş edib.

Hazırda Ali Məhkəmənin baxışında olan cinayət işi üzrə məhkəmələr onu orqan, yəni böyrək alqı-satqısına cəhd etməkdə təqsirli biliblər.

Qərardan şikayət verən Valeh Qasımov (ad-soyad şərtidir) bildirib ki, məntiqlə düşünəndə 6000 manat cərimə ədalətsizdir:

“Tutaq ki, məhkəmə məni təqsirli bilməkdə haqlı olub. Əgər maddi sıxıntılara görə böyrəyimi satmaq istəmişəmsə, cəriməni necə ödəyəcəm? Yenidən böyrəyimi satacam?”

Şikayətçi bildirib ki, himayəsində bir azyaşlı uşağı var, yarımştat əmək müqaviləsi ilə fəaliyyət göstərir.

Valeh Qasımov sonradan məhkəməyə ərizə ünvanlayaraq şikayəti ilə bağlı təkrar müraciət edəcəyini bildirib. O, hazırkı ərizənin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Hakim Abusət Qasımov şikayətçinin ərizəsini təmin edib.скачать dle 11.3
Mojo.az Banner