Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Evdə yemək yox idi, böyrəyimi satıb kartof-soğan aldım”

19.04.2019 23:30 2 433
“Evdə yemək yox idi, böyrəyimi satıb kartof-soğan aldım”
“Mən Salyanda 5 saylı internat məktəbində qalırdım. Amma oranın direktoru elə qorxunc hərəkətlər edirdi ki… Qorxdum, oradan çıxdım. Vəziyyətimiz çox ağır idi. Evdə yeməyə çörək tapmırdıq. Ona görə böyrəyimin birini satmaq qərarına gəldim…”

Median.Az
Bizimyol-a istinadən xəbər verir ki, bunu böyrəyinin birini satmış Rüstəm Ramazanov aprelin 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində danışıb. Bu məhkəmədə böyrək alverində ittiham olunan 52 yaşlı Vahib Xudadatovun işinə baxılır. R.Rüstəmov da zərərçəkən qismində dindirilib.

Amma Rüstəm deyir ki, onu heç kim məcbur eləməyib, maddi ehtiyac üzündən özü internetdə böyrəyini satması barədə elan yerləşdirib. Bir müddət sonra elan qoyduğu telefon nömrəsinə V.Xudadatov zəng eləyib, onlar Bakıda – Biləcəri qəsəbəsində görüşüblər, böyrəyin 12 min manata satılmasına razılaşıblar. Zərərçəkənin sözlərinə görə, elə ilk görüşdə V.Xudadatov onların evində yeməyə çörək olmadığını biləndə əvvəldən 100 manat verib ki, bazarlıq eləsin: “Mən də getdim, dərhal kartof-soğan aldım”.

R.Ramazanovun böyrəyi Fərhad Süleymanova köçürülüb. Bu cinayət işində bəhs olunan digər böyrək köçürmələrində olduğu kimi, bu halda da onlar öncə İrana aparılıb, orada “Xomeyni xəstəxanası”nda müayinədən keçirilib. İranlı həkim Mohsen Tahiri köçürmənin mümkünlüyünə rəy verəndən sonra Tacikistanın paytaxtı Düşənbədə Transplantasiya Mərkəzində əməliyyat həyata keçirilib: “Qayıdandan sonra Sahib müəllim pulumu verdi. Şikayət və tələbim yoxdur”.

Səid Ağayev isə zərərçəkən kimi tanınsa da, böyrəyini satmayıb. Bütün müayinələrdən keçib, əməliyyat üçün Tbilisiyə gedəndə hava limanında fikrini dəyişib: “Qorxdum, məni aeroporta aparan dostumdan xahiş elədim ki, geri qaytarsın”.

Səid ifadəsində bildirib ki, banka 3 min manat borcu vardı, ona görə böyrəyini satmaq qərarına gəlmişdi: “Bank əməkdaşları tez-tez narahat edirdi. Krediti qaytarmaq üçün daim pul axtarırdım. Həmin ərəfədə əmim oğlu Elmanla görüşdüm. Dedi ki, böyrəyini Sahib adlı şəxs vasitəsilə satıb. Bir müddət sonra Bakıda Elmanla görüşəndə dedim ki, böyrək istəyən olsa, mənə xəbər eləsin”.

Səid Ağayev imtina etdiyinə görə təcili börək köçürməsinə ehtiyacı olan Pirəli Rəhimov üçün yeni donor axtarılıb. Şakir Nağıyev də həmkəndlisi Elmanın yanında deyib ki, böyrəyini satmaq istəyir. Elman Ağayev onu V.Xudadatovla tanış edib. V.Xudadatov da onları börək köçürməsinə ehtiyacı olan P.Rəhimovla görüşdürüb: “Bakıda fəhlə işləyirdim. Qəzaya düşdüm, səhhətimdə problem yarandı. Kirayə pulunu verə bilmədiyim üçün rayona geri qayıtdım. Maddi durumum yaxşı deyildi. Ona görə böhrəyimi satmaq qərarına gəldim”.

Zərərçəkənin sözlərinə görə, o, bir böyrəyini 17 min dollara satmağa razılaşıb: “Mənim söhbətlərim əsasən Elmanla olub. Heç kimdən şikayət və tələbim yoxdur. Sahibdən nədəsə narazı olsaydım, özünə deyərdim, niyə şikayət edirdim?!”

V.Xudadatov 2017-ci ilin martında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı CM-in 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işində 27 zərərçəkmiş var. Bütün orqan köçürmələrində donorun pulu, İrana və daha sonra Gürcüstana (yaxud da Düşənbəyə) yol, otel xərclərinin hamısını resipiyent qarşılayıb. Hər iki tərəf – həm böyrəyini satan, həm də alan vasitəçiliyə görə V.Xudadatova da ayrıca pul verib.

Hər əməliyyata görə Mohsen Tahiriyə 10 min, transplantasiyanın həyata keçirildiyi xəstəxanaya isə 8 min dollar pul ödənildiyi bildirilir.скачать dle 11.3
Mojo.az Banner