Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bir uşaq atası böyrəyini satışa çıxardı - FOTO

15.02.2019 14:46 4 906
Azərbaycanda bir uşaq atası böyrəyini satışa çıxardı - FOTO
Azərbaycanda ailəsini dolandırmaqda çətinlik çəkən bir uşaq atası böyrəyini satmaq qərarına gəlib.

Median.Az xəbər verir ki, 28 yaşlı Hafiz Şahbazov bu barədə reklam elanları səhifəsində yazıb. İlkin olaraq 300 manat borc istəyən Hafiz, o pulu böyrəyini satıb geri qaytaracağını vəd verib. 

H. Şahbazov Baku.ws-ə açıqlamasında bu fikrə düşməsini kasıbçılığı ilə əsaslandırdı: 

"Ailəmi dolandırmaqda çətinlik çəkirəm. 1 yaşlı qızımın ehtiyaclarını ödəyə bilmirəm. Yeməyini, uşaq bezini ala bilmirəm. Böyrəyimi satmaqda əsas səbəb borclarımdır. Ehtiyac içində olan zaman dost-tanışdan xırda-xırda aldığım borclar üst-üstə yığılıb 4-5 min manata çatıb. İndi borc yiyələri pullarını geri istəyirlər. Çarəsiz, çıxılmaz vəziyyətdəyəm. Oturub fikirləşdim ki, ən yaxşısı böyrəyimi satım. Həm borclarımı qaytararam, həm də özümə balaca iş quraram.

Yoxsa, fəhləliklə qazandığım 200-300 manatla ailə saxlamaq mümkün deyil. Fəhləlik etmək üçün rayondan Bakıya gəlib kirayə qalıram. Aldığım pulu bilmirəm kirayəni ödəyim, yoxsa evə göndərim. Fəhləlikdən qazandığım pul kirayə ilə yol puluna ancaq çatır. Artıq evdəkilərdən də utanıram".

Qeyd edək ki, Hafiz Şahbazovun böyrəyini satması ilə bağlı ilk xəbəri unikal.org yazıb.




Son xəbərlər