Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Atam MİDA-da işləyir" yalanı ilə dələduzluq edən taksi sürücüsü CƏZALANDIRILDI

03.09.2026 14:58 384
Bakıda tanışını aldadaraq 8 min manat alan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, polisə müraciət edən Elcan adlı şəxs tanışı Fəridin ona MİDA-nın Hövsan kompleksində güzəştli şərtlərlə ev alacağına söz verərək xeyli pul aldığını bildirib.

Aparılan araşdırmalarla vəsaitin Abşeron rayonu ərazisində verilməsi məlum olub. Faktla bağlı Fərid Əliyev barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddəsi ilə iş başlanılıb.

Bildirilib ki, Fərid taksi sürücüsü olub. O, Bəhram və Elcan adlı tanışlarına atasının MİDA-da briqadir işlədiyini və gördükləri işin qarşılığında onlara evlərin verildiyini yalandan deyib. Bu yolla həmin şəxslərdən xeyli pul alıb.

Lakin sonradan məlum olub ki, Fəridin atası hər hansı tikintidə və ya tikinti şirkətində işləmir. Cinayət işinin başlanmasından sonra Fərid həbs edilib. O, həbsdə olduğu müddətdə Bəhramdan aldığı pulları geri qaytarıb.

Məhkəmədə Fərid Əliyev Elcandan aldığı pulları da geri qaytaracağını bildirib və vaxt istəyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron qolbaq taxılıb və həbsdən buraxılıb.

Son xəbərlər