Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Allahverdi Mirzəyevin qatili yüngül cəza almaq üçün 28 min manat pul verib: DƏLƏDUZLUQ İŞİ

12.04.2025 16:58 861
Allahverdi Mirzəyevin qatili yüngül cəza almaq üçün 28 min manat pul verib: DƏLƏDUZLUQ İŞİ
Bakıda kriminal aləmə yaxınlığı ilə tanınan Allahverdi Mirzəyevi güllələyərək öldürdüyünə görə həbs edilmiş Taryel Qurbanovun ailəsi dələduzluqla üzləşib.

Median.Az
"Qafqazinfo"a istinadla xəbər verir ki, qəsdən adam öldürmədə təqsirli bilinərək 11 il 6 ay həbs cəzası alan Taryelin ailəsini aldadaraq 28 min manat alıblar.

Belə ki, 1961-ci il təvəllüdlü Faiq Şirinov Zakir adlı tanışı vasitəsilə T.Qurbanovun atası Almaz Qurbanova oğluna yüngül cəza verdirəcəyini bildirib və bunun qarşılığında 28 min pul alıb. Lakin bir müddət sonra Faiqin daha əvvəllər də dələduzluq əməlinə görə tutulması, bu işi də həll etməyərək pulları ələ keçirməsi məlum olub.

Dələduzluq faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətmə) maddəsi ilə iş açılıb. T.Qurbanovun atasından pulu alaraq Faiqə verən Zakir adlı şəxs dəymiş zərəri ödəyib. Lakin Faiq Zakirdən aldığı pulları geri qaytarmayıb.

Cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə 54 yaşlı Faiqə 2 il 2 ay həbs cəzası verilib.

Qeyd edək ki, T. Qurbanov bacısının əri 43 yaşlı Allahverdi Mirzəyevi onun həyətində çənəsindən atəş açaraq qətlə yetirib. Hadisənin ailə münaqişəsi zəminində törədilməsi məlum olub.скачать dle 11.3
Mojo.az Banner