Mojo.az Banner
12:59 Zərdabda yanaraq ölənlər bir ailənin üzvü imiş - YENİLƏNİB  |     12:52 Zubir Səudiyyə klubunda çıxış edə bilməyəcək  |     12:46 ABŞ-İran gərginliyi neftin qiymətini artırdı  |     12:40 Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamına məxsusdur  |     12:35 DYP hərəkət iştirakçılarına müraciət etdi  |     12:26 Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı  |     12:21 Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu  |     12:14 Valyuta ehtiyatları 90 milyard dolları keçib  |     12:08 İşə düzəltmək adı altında dələduzluq  |     12:00 Azərbaycanda orta aylıq əməkhaqqı 1 177 manata çatıb  |     11:55 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı  |     11:47 Şəkidə faciəli şəkildə ölən Ucal öncəki gün evliliyinin birinci ildönümünü qeyd edibmiş  |     11:43 Evli olduğu halda məktəblini təqib etdi, toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"la bağlı maraqlı iddia  |     11:38 Anar Bayramov direktor müavinini işdən çıxardı  |     11:31 Valideynlərin DİQQƏTİNƏ - Bağçaya növbəyə yazılma prosesinə başlanılır  |     11:24 Dövlətə qarşı çağırışlarına görə DTX-nin saxladığı şəxsə HÖKM OXUNDU  |     11:17 Şəkidə məşhur əyləncə mərkəzindəki faciədə ölənlərdən biri agentlik əməkdaşı imiş - FOTO  |     11:16 İnfarktdan qısa müddət əvvəl hansı əlamətlər peyda olur?  |     11:15 İranda tələbə qızlar üçün yeni hicab qaydaları tətbiq ediləcək - FOTO  |     11:12 Vuçiç Serbiyada parlament seçkisinin vaxtını AÇIQLADI  |    
Left Banner
Right Banner

Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ

03.09.2026 16:32 189
Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ
Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin iddiası rədd olunub. Sumqayıt Apellyasiya Məhkəməsində hakim Zaur Məmmədovun sərdliyi ilə keçirilən prosesdə onun illərdir ki, məhkəmə salonlarını "gəzən" iddiası əsassız hesab olunub.

Median.Az
Müsavat.com-a istinadən xəbər verir ki, söhbət Mehdiyev və kürəkəni vəzifədə olduğu illərdə şabranlı sahibkar Mansur İbrahimovun əlindən alınan "TurAz" MMC üzərindən sahibkarın özünə qarşı qaldırılmış iddiadan gedir. Bundan əvvəl Ali Məhkəmənin Kommersiya Kollegiyası uzun illərdir davam edən iş üzrə yekun qərarını vermişdi.

Məhkəmə İlham Əlisəftər oğlu Əliyevin "TurAz" MMC-nin adından qaldırdığı iddianı təmin etməmişdi. "TurAz" MMC-nin Mənsur Nəmətulla oğlu İbrahimova, Şabran Bələdiyyəsinə və Şabran Rayon Notariat Kontoruna qarşı qaldırdığı, torpaq sahələrinin alqı-satqısı ilə bağlı əqdin etibarsız hesab olunmasına dair iddia əsassız hesab olunmuşdu. Ali Məhkəmənin qərarından sonra işə Sumqayıt Apellyasiya Məhkəməsində baxış bərpa olunub, bu instansiya da Ramiz Mehdiyevin kürəkəninin iddiasını əsassız hesab edib.

"TurAz" MMC vaxtilə Mansur İbrahimovun tərəfindən yaradılıb, Şabran rayonundakı meyvə bağlarının idarə olunması üçün təsis edilib və bütün fəaliyyətini həmin ərazilərdə qurub. Sahibkar deyir ki, Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə onun kürəkəni İlham Əlisəftər oğlu Əliyev şirkəti və bağları qanunsuz şəkildə ələ keçirib. Sonrakı illərdə məhkəmələrdə şirkətin Mansur İbrahimova məxsusluğu təsdiqlənsə də, həmin qərarların icrası müxtəlif hüquqi maneələr səbəbindən həyata keçirilməyib. Mansur İbrahimov uzun müddətdir ki, İlham Əlisəftər oğlu Əliyevin eyni mahiyyətli iddialarla məhkəmələrə müraciət etməklə prosesi qəsdən uzatdığını bildirirdi.

Qeyd edək ki, Ramiz Mehdiyevin və kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibkar Mansur İbrahimova qarşı gördüyü işlər bununla bitmir. 2011-ci ildə o, Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon 200 min manat kredit almaqla yaratdığı "Dostluq-MK" MMC-ni qurub. Sonrakı dövrdə "Dostluq-MK" MMC 160 hektara yaxın torpaq sahələri almaqla genişlənib. Mansur İbrahimov bildirib ki, Ramiz Mehdiyev, kürəkəni İlham Əlisəftər oğlu Əliyev "Dostluq MK" MMC-ni də aldatma, təzyiq, vəzifədən sui-istifadə etməklə zəbt ediblər. Hər il milyonlarla manat gəlir gətirən MMC guya İlham Əlisəftər oğlu Əliyev tərəfindən 5 min manata satın alınıb. Faktiki olaraq isə alqı-satqı formal olub. Bunu Mansur İbrahimovun iddiasına Bakı İnzibati Məhkəməsində baxılarkən İlham Əlisəftər oğlu Əliyevin özü də etiraf edib. O deyib ki, Mansur İbrahimova MMC-yə görə 1 manat belə ödəməyib. Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev Xaçmaz rayonundan deputat olduğu illərdə Mansur İbrahimova məxsus 2 şirkəti - "TurAZ" MMC və "Dostluq MK"nı onun əlindən alıb. Sahibkara aid torpaq sahələrini, meyvə bağlarını zəbt edib. Mansur İbrahimov Ramiz Mehdiyev və kürəkəni vəzifədə olduğu illərdə onlara qarşı məhkəmələrdə iddialar qaldırmaqla torpaq sahələrinin geri qaytarılmasını tələb edib. Məhkəmələr Mansur İbrahimovun xeyrinə qərar verəndən sonra Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev ona qarşı iddialar qaldırmaqla bağları sahibinə qaytarılmasını uzatmaqla məşğul olub. Hər dəfə yeni məhkəmə iddiaları ilə proses bilərəkdən uzadılıb və nəticədə Mansur İbrahimova məxsus bağlardan meyvələr yığılaraq satılıb. Bağların talanı bu gün də davam edir.скачать dle 11.3
Mojo.az Banner