Mojo.az Banner
16:13 Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın!  |     16:08 2027-ci il "Avroviziya" Mahnı Müsabiqəsinin keçiriləcəyi şəhər məlum oldu  |     16:07 Bəzi rayonlarda şimal-qərb küləyi gözlənilir - XƏBƏRDARLIQ  |     15:25 FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət etdi  |     15:22 Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi baş tutub  |     15:19 Taksi istifadəçilərini yeni qaydalar gözləyir – Qiymətlər bahalaşacaq  |     15:15 Kirayə evlər bahalaşır – Tələbələr üçün son qiymətlər  |     15:02 Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR  |     14:52 Cəlilabadın 35 kəndində işıqlar kəsilib  |     14:50 Sakinlər aidiyyəti qurumlardan kömək istəyir: "Yolumuzu bərpa etsinlər" – FOTOLAR  |     14:47 Sabah çimərliklərdə hava şəraiti necə olacaq?  |     14:35 Paşinyan: "Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər"  |     14:30 Sabah 36 dərəcə isti olacaq  |     14:23 Ermənistanda hərbçi öldü  |     14:17 Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu  |     14:12 "Elə şəxslər tanıyıram ki, 7 il imtahan verib qəbul olublar" - Məleykə Abbaszadə  |     14:04 Sumqayıtda restorandan oğurluq etdilər, motosikleti qaçırdılar  |     13:59 Bakı Metropoliteni 200-ə qədər vaqon alacaq  |     13:53 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar sabah ödəniləcək  |     13:45 Cinayətdə şübhəli bilinən 92 nəfər saxlanıldı  |    
Left Banner
Right Banner

Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR

13.08.2026 15:02 111
Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR
Ali Məhkəmənin Kommersiya Kollegiyası uzun illərdir davam edən və Şabranlı sahibkar Mansur İbrahimovla sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev arasında gedən məhkəmə çəkişmələrindən biri üzrə yekun qərarını verib.

Median.Az
“musavat.com”a istinadən xəbər verir ki, məhkəmə İlham Əliyevin "TurAz" MMC-nin adından qaldırdığı iddianı təmin etməyib və bununla da növbəti hüquqi mübahisəyə son qoyub.

Söhbət "TurAz" MMC-nin Mənsur Nəmətulla oğlu İbrahimova, Şabran bələdiyyəsinə və Şabran rayon Notariat Kontoruna qarşı qaldırdığı, torpaq sahələrinin alqı-satqısı ilə bağlı əqdin etibarsız hesab olunmasına dair iddiadan gedirdi. Ali Məhkəmə aşağı instansiyaların mövqeyini qüvvədə saxlayaraq iddianın təmin olunmaması barədə qərar qəbul edib.

"TurAz" MMC vaxtilə Mansur İbrahimovun tərəfindən yaradılıb, Şabran rayonundakı meyvə bağlarının idarə olunması üçün təsis edilib və bütün fəaliyyətini həmin ərazilərdə qurub.

Sahibkar deyir ki, Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə onun kürəkəni İlham Əliyev şirkəti və bağları qanunsuz şəkildə ələ keçirib. Sonrakı illərdə məhkəmələrdə şirkətin Mansur İbrahimova məxsusluğu təsdiqlənsə də, həmin qərarların icrası müxtəlif hüquqi maneələr səbəbindən həyata keçirilməyib. Mansur İbrahimov uzun müddətdir ki, İlham Əliyevin eyni mahiyyətli iddialarla məhkəmələrə müraciət etməklə prosesi qəsdən uzatdığını bildirirdi.

Musavat.com-a əvvəlki açıqlamalarında o demişdi:

"Əgər Ramiz Mehdiyevin kürəkəni İlhamın verdiyi vəsatətlər parçadan olsaydı, çoxdan sürtülüb əldən çıxardı".

Onun sözlərinə görə, eyni iddialar müxtəlif formalarda dəfələrlə qaldırılır, nəticədə bağların faktiki olaraq sahibi olaraq ona qaytarılması illərlə yubadılır. Mansur İbrahimov Ramiz Mehdiyevin kürəkəni məhkəməyə müraciət hüququndan sui-istifadə olunur və hər yeni iddia ən azı bir il vaxt itkisinə səbəb olur. Mehdiyevin kürəkəni məhkəmələri illərlə uzatmaqla "TurAz" MMC-nin bağlarından meyvələri yığır, hər il məhsullar xarici ölkələrə ixrac edilir və böyük gəlirlər əldə olunur.

Onun sözlərinə görə, həmin gəlirlərin ölkəyə qaytarılması ilə bağlı ciddi suallar mövcuddur:

"Əgər hər il ziyan çəkirlərsə, xaricə apardıqları məhsul çürüyürsə, onda bağlara niyə bu qədər vəsait xərclənir? Faktiki olaraq bağlardan il ərzində 10 milyon manatdan artıq gəlir əldə olunur".

Ali Məhkəmənin qərarı İlham Əliyevin növbəti iddiasının da təmin edilməməsi ilə nəticələnsə də, Mansur İbrahimovun əsas tələbi dəyişməz qalır. O, məhkəmə qərarlarının tam icrasını, bağların və şirkətlərinin faktiki olaraq özünə qaytarılmasını istəyir.

Qeyd edək ki, Ramiz Mehdiyevin və kürəkəni İlham Əliyevin sahibkar Mansur İbrahimova qarşı gördüyü işlər bununla bitmir.

2011-ci ildə o, Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon 200 min manat kredit almaqla yaratdığı "Dostluq-MK" MMC-ni qurub. Sonrakı dövrdə "Dostluq-MK" MMC 160 hektara yaxın torpaq sahələri almaqla genişlənib. Mansur İbrahimov bildirib ki, Ramiz Mehdiyev, kürəkəni İlham Əliyev "Dostluq MK" MMC-ni də aldatma, təzyiq, vəzifədən sui-istifadə etməklə zəbt ediblər.

Hər il milyonlarla manat gəlir gətirən MMC guya İlham Əliyev tərəfindən 5 min manata satın alınıb.

Faktiki olaraq isə alqı-satqı formal olub. Bunu Mansur İbrahimovun iddiasına Bakı İnzibati Məhkəməsində baxılarkən İlham Əliyevin özü də etiraf edib. O deyib ki, Mansur İbrahimova MMC-yə görə 1 manat belə ödəməyib.скачать dle 11.3
Mojo.az Banner