Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus şirkətin 75 min vergi borcu var

09.10.2024 18:00 1 662
Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus şirkətin 75 min vergi borcu var
Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan "Kaspian Telekom" MMC-nin (VÖEN - 1500545191) dövlət büdcəsinə vaxtında ödənilməyən böyük miqdarda vergi borcu var.

Yeniavaz.com xəbər verir ki, 8 oktyabr 2024-cü il tarixinə olan məlumata görə "Kaspian Telekom" MMC-nin vergi borcu 74 min 69 manat 42 qəpik təşkil edib.

Məlumat üçün bildirək ki, "Kaspian Telekom" MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, bank sektoruna, fiber-optik texnologiya bazasında ən müxtəlif İKT xidmətləri göstərir. "Kaspian Telekom" MMC eyni zamanda "Ailə TV" kabel televiziyası və "Ailə NET" internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir.

Şirkət tərəfindən açıqlanan məlumatda göstərilir ki, "Kaspian Telekom" MMC Azərbaycan ərazisində fəaliyyət göstərən ən geniş miqyaslı fiber-optik infrastruktura malik olan və SWIFT xidmətini göstərən ən böyük şirkətdir.

Qeyd edək ki, 28 iyul 2005-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 1020 manat təşkil edir. MMC-nin hüquqi ünvanı "İstiqlaliyyət küçəsi, ev 11, mənzil 17"də yerləşir.

"İstiqlaliyyət küçəsi, ev 11" ünvanı, eyni zamanda, Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın və nəvəsi Fidan Əliyevanın qeydiyyatda olduğu ünvandır.

"Kaspian Telekom" MMC-nin qanuni təmsilçisi isə Orxan Fikrət oğlu Əliyevdir. Orxan Əliyevin Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir.

Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Fikrət Əlisəftər oğlu Əliyevin vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən qısa müddət sonra Fikrət Əliyev AMEA İşlər idarəsinin müdir müavini təyin olunub.

Son xəbərlər