Bağlanan “Muğan Bank”ın əmanətçilərinə kompensasiya ödəniləcək? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 "8-ci kilometr" bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı  |     22:55 Bakının bu ərazisində evlər söküləcək  |     22:43 Bu klublara avrokuboklar və Premyer Liqada iştirak üçüm lisenziya verildi  |     22:37 Papa seçimi: Bağlı qapılar arxasında inanılmaz detallar - Bu qidalar niyə qadağandır?  |     22:31 Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş  |     22:22 Həkimlərin bonusları 6 aydır niyə ödənilmir? (AÇIQLAMA)  |     22:16 Məhkəmə Əhməd Məmmədli ilə bağlı həbs qərarı verdi  |     22:11 Bakıda evi plana düşən sakinlər narazılıq edir: "48 000 AZN-ə ev ala bilərəm?" - VİDEO  |     22:03 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO  |     21:57 Tramp Zelenski ilə telefonla danışmaq niyyətindədir  |     21:49 Ərdoğan Pakistan və Hindistana çağırış edib  |     21:43 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib  |     21:35 AYNA mayın 9-da hansı müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik edib?  |     21:30 Bu il 10 min şagird kompüter vasitəsilə monitorinq olunacaq  |     21:22 Julyen de Frepo: "Belçika şirkətlərinin Qarabağda infrastruktur layihələrdə iştirakı mümkündür"  |     21:11 Azərbaycanda növbəti torpaq hərracı elan edilib  |     21:02 Azərbaycanda 70-dən çox talassemiya xəstəsi sümük iliyi köçürülməsi üçün növbə gözləyir  |     20:57 NATO tarixində ilk dəfə türk general direktor vəzifəsinə seçilib  |     20:50 Heç bir ölkə kiberhücumlardan tam müdafiə oluna bilməz - RƏY  |     20:44 Ağ tüstü çıxdı: Yeni Roma Papası seçildi  |    

Bağlanan “Muğan Bank”ın əmanətçilərinə kompensasiya ödəniləcək?

“Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. “Muğan Bank”ın bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Qeyd edilib ki, “Muğan Bank” Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək.

“Muğan Bank”ın digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək. Bank tərəfindən fonda təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manat təşkil edir. Qeyd edək ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq”, - deyə AMB-dən əlavə edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            873 19.10.23 14:02