Mojo.az Banner
13:19 Bakıda illərdir istifadəsiz qalan avtobuslar (Video)  |     13:08 Murad Quliyevin barəsində olan cinayət işi məhkəməyə göndərildi  |     13:00 14 yaşlı qızın toyu: Valideyn həbs olundu  |     12:55 “Sizin ağanız mənəm” - Həbs edilən başçı  |     12:46 Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  |     12:20 Kiberpolis sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq edən şəxsi yaxaladı (Video)  |     11:51 Tramp BBC-ni məhkəməyə verdi  |     11:43 Vergi Məcəlləsində YENİLİK: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır  |     11:41 Azərbaycanda 18 yaşadək işçilərlə bağlı YENİLİK  |     11:25 Tovuzda QƏZA: Ölən var  |     11:21 Qubada ƏMƏLİYYAT: Gənc oğlanın üzərində 11 kiloqram marixuana aşkar edildi  |     11:16 Baş nazirin sabiq müavini Abbas Abbasov axtarışa verildi - "Ramiz Mehdiyev işi" böyüyür  |     23:03 İranda zavodda partlayış oldu - Ölənlər var  |     22:58 İlin sözü seçildi  |     22:51 Velosipeddən yıxılan 9 yaşlı uşaq öldü  |     22:49 Naxçıvanın Ali Məhkəməsinin yeni sədri kimdir? - DOSYE  |     22:45 Məhkuma telefon ötürülməsinin qarşısı alınıb  |     22:42 Qurban Qurbanov Əkbərlə görüşdü - Video  |     22:36 Ukraynada 100 gün ərzində prezident seçkiləri keçirilə bilər  |     22:31 Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlandı  |    
Left Banner
Right Banner

Ceyhun Bayramov BƏƏ-dən olan həmkarı ilə İsrail-Fələstin münaqişəsi haqqında danışıb

18.10.2023 21:01 1 167
Ceyhun Bayramov BƏƏ-dən olan həmkarı ilə İsrail-Fələstin münaqişəsi haqqında danışıb
Oktyabr 18-də xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçiriləcək növbədənkənar iclasında iştirakı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Xəlifə Şahin Əlmarar ilə görüşüb, İsrail-Fələstin münaqişəsi haqqında danışıb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə tərəflər arasında Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli və çoxtərəfli müstəvidə mövcud əməkdaşlıq gündəliyi, energetika və iqtisadi sahədə əməkdaşlıq məsələləri, İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıb.

İki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

C.Bayramov qarşı tərəfə Ermənistanın son hərbi-siyasi təxribatlarından irəli gələn təhdidlər, Azərbaycanın erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi antiterror tədbirlərini şərtləndirən amillər və aparılan tədbirlərdən sonra bölgədəki cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüşdə tərəflər həmçinin qarşılqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələləri müzakirə edib.скачать dle 11.3