Prezident: “Ermənistan ərazisindəki qədim Azərbaycan yaşayış məntəqələri öz əsl adları ilə çağırılmalıdır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 "8-ci kilometr" bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı  |     22:55 Bakının bu ərazisində evlər söküləcək  |     22:43 Bu klublara avrokuboklar və Premyer Liqada iştirak üçüm lisenziya verildi  |     22:37 Papa seçimi: Bağlı qapılar arxasında inanılmaz detallar - Bu qidalar niyə qadağandır?  |     22:31 Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş  |     22:22 Həkimlərin bonusları 6 aydır niyə ödənilmir? (AÇIQLAMA)  |     22:16 Məhkəmə Əhməd Məmmədli ilə bağlı həbs qərarı verdi  |     22:11 Bakıda evi plana düşən sakinlər narazılıq edir: "48 000 AZN-ə ev ala bilərəm?" - VİDEO  |     22:03 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO  |     21:57 Tramp Zelenski ilə telefonla danışmaq niyyətindədir  |     21:49 Ərdoğan Pakistan və Hindistana çağırış edib  |     21:43 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib  |     21:35 AYNA mayın 9-da hansı müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik edib?  |     21:30 Bu il 10 min şagird kompüter vasitəsilə monitorinq olunacaq  |     21:22 Julyen de Frepo: "Belçika şirkətlərinin Qarabağda infrastruktur layihələrdə iştirakı mümkündür"  |     21:11 Azərbaycanda növbəti torpaq hərracı elan edilib  |     21:02 Azərbaycanda 70-dən çox talassemiya xəstəsi sümük iliyi köçürülməsi üçün növbə gözləyir  |     20:57 NATO tarixində ilk dəfə türk general direktor vəzifəsinə seçilib  |     20:50 Heç bir ölkə kiberhücumlardan tam müdafiə oluna bilməz - RƏY  |     20:44 Ağ tüstü çıxdı: Yeni Roma Papası seçildi  |    

Prezident: “Ermənistan ərazisindəki qədim Azərbaycan yaşayış məntəqələri öz əsl adları ilə çağırılmalıdır”

“Onlar Ermənistanı Qarabağla birləşdirmək üçün Laçın dəhlizindən əlavə ikinci yol çəkdilər. Beləliklə, Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq, özləri üçün gediş-gəlişi daha rahat etmək üçün bu yolu çəkdilər. Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda Vardenis rayonu deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır”.

Bu sözləri Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı deyib.

“Ermənistan ərazisində Basarkeçər rayonu 1930-cu ildə yaradılmışdır. Burada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, onlar deportasiyaya məruz qalmışdır.

Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək, ona Vardenis adı qoymuşdur. Bizim ümumi leksikonumuzda Vardenis yox, Basarkeçər adı bərpa edilməlidir. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri də öz əsl adları ilə çağırılmalıdır. Məsələn, indi Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən mətbuatda izləyirəm, bizim mətbuatda yazılır ki, Ermənistanın Yerasx kəndində, onun ətrafında hansısa hadisələr baş verib. Bu kəndin adı Arazdəyəndir, azərbaycanlılar deportasiyaya qədər orada yaşayıblar. Ona görə bütün qədimi, yəni tarixi adlar bərpa edilməlidir”, - deyə dövlət başçısı qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 149 17.08.21 13:03