Azərbaycan Ağır Atletika Federasiyası yenidən təşkil olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Azərbaycan Ağır Atletika Federasiyası yenidən təşkil olunacaq

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) tamamilə yenidən təşkil olunacaq.

AAAF-dan verilən məlumata görə, federasiyanın prezidenti Cahangir Əsgərov bu barədə müvafiq əmr imzalayıb.

Əmrə əsasən, həmçinin baş məşqçi Asif Məmmədov və baş katib Rizvan Rəsulov Federasiyada tutduqları vəzifələrdən kənarlaşdırılıblar.

Yenidən təşkil haqqında qərar Federasiyanın vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin keyfiyyətsiz yerinə yetirilməsi ilə əlaqədar qəbul edilib. Rəhbərliyin vəziyyətin yaxşılaşdırılması ilə bağlı çoxsaylı tapşırıqlarına baxmayaraq, əməkdaşlar öz işlərinə səhlənkar yanaşmağa davam edirdilər.

Federasiya işçilərinin məsuliyyətsiz münasibəti, eləcə də idmançılarımızın antidopinq qaydalarına məhəl qoymaması Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən ciddi cərimə sanksiyalarının tətbiq edilməsinə səbəb olub.

Təkcə son dövrdə Beynəlxalq və Avropa Ağır Atletika Federasiyaları tərəfindən altı dəfə Azərbaycanın ağır atletika idmançılarının dopinqdən istifadə halları qeydə alınıb.

“Atılan addımlar və görülən tədbirlər müsbət nəticəyə gətirib çıxarmayıb və vəziyyəti düzəltməyib. Bununla əlaqədar Azərbaycan Ağır Atletika Federasiyasının tamamilə yenidən təşkili haqqında qərar qəbul etmişəm. Ümid edirəm ki, bu dəyişikliklər gələcəkdə bizə daha yaxşı idman nəticələrinə nail olmağa kömək edəcək”, - deyə Cahangir Əsgərov bildirib.

Onun sözlərinə görə sentyabr ayının sonunadək Federasiyanın yeni baş məşqçisi və baş katibi təyin ediləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 173 13.08.21 17:35