Böyürtkən kolları arasında çətənə yetişdirən şəxs saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:50 Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO  |     20:49 Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB  |     20:42 ABŞ səfiri təxribatlara davam etsə, “persona non-grata” elan oluna bilər  |     20:36 Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır  |     20:28 Botoksun psixikaya faydası üzə çıxdı  |     20:13 Mayın 5-6-da maqnit qasırğası olacaq  |     20:05 Dördüncü kurs tələbəsi vəfat etdi  |     19:54 Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB  |     19:47 Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib  |     19:35 Günəş elektrik stansiyası üzrə hərrac komissiyasının ilk iclası keçirilib  |     19:29 Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb  |     19:07 Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib  |     18:56 Şəkidə 59 yaşlı kişi iki nəfəri güllələyib öldürdü  |     18:54 “Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər  |     18:45 Azərbaycanda iki nəfər güllələnərək öldürüldü  |     18:26 Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür  |     18:12 Xəzər rayonunda avtoqəza: Xəsarət alan var  |     17:54 Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - VİDEO  |     17:48 Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub  |     17:40 Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qalıb  |    

Böyürtkən kolları arasında çətənə yetişdirən şəxs saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəllər kənd sakini Yadulla Hüseynov saxlanılıb.

Onun yaşadığı evin ətrafına baxış keçirilən zaman Y.Hüseynovun böyürtkən kolları arasında kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            591 22.07.21 12:18