Prezident: “Biz Ermənistana şans vermişdik” » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:02 Bakıda qəbiristanlıqda QARA BAZAR: Köhnə və kimsəsiz qəbirlər dağıdılır - Molla isə maklerlik edir (VİDEO)  |     11:58 DİN: "Vətəndaşların bank kartlarından oğurluqlar davam edir"  |     23:01 "8-ci kilometr" bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı  |     22:55 Bakının bu ərazisində evlər söküləcək  |     22:43 Bu klublara avrokuboklar və Premyer Liqada iştirak üçüm lisenziya verildi  |     22:37 Papa seçimi: Bağlı qapılar arxasında inanılmaz detallar - Bu qidalar niyə qadağandır?  |     22:31 Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş  |     22:22 Həkimlərin bonusları 6 aydır niyə ödənilmir? (AÇIQLAMA)  |     22:16 Məhkəmə Əhməd Məmmədli ilə bağlı həbs qərarı verdi  |     22:11 Bakıda evi plana düşən sakinlər narazılıq edir: "48 000 AZN-ə ev ala bilərəm?" - VİDEO  |     22:03 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO  |     21:57 Tramp Zelenski ilə telefonla danışmaq niyyətindədir  |     21:49 Ərdoğan Pakistan və Hindistana çağırış edib  |     21:43 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib  |     21:35 AYNA mayın 9-da hansı müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik edib?  |     21:30 Bu il 10 min şagird kompüter vasitəsilə monitorinq olunacaq  |     21:22 Julyen de Frepo: "Belçika şirkətlərinin Qarabağda infrastruktur layihələrdə iştirakı mümkündür"  |     21:11 Azərbaycanda növbəti torpaq hərracı elan edilib  |     21:02 Azərbaycanda 70-dən çox talassemiya xəstəsi sümük iliyi köçürülməsi üçün növbə gözləyir  |     20:57 NATO tarixində ilk dəfə türk general direktor vəzifəsinə seçilib  |    

Prezident: “Biz Ermənistana şans vermişdik”

Biz Ermənistana şans vermişdik və danışıqlarda iştirakımız, - mən bunu əvvəllər də demişəm, - bizim ən böyük güzəştimiz ola bilərdi. Ərazi bütövlüyü məsələlərində hər hansı bir güzəştdən söhbət gedə bilməzdi və bu mövqe bəllidir. Mən bunu Azərbaycan xalqına dəfələrlə çatdırmışdım ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik və bu mövqe xalq tərəfindən dəstəklənirdi. Çünki bunun başqa variantı ola bilməzdi. Danışıqlarda iştirakımız Ermənistana şans verirdi ki, bu məsələ qan tökülmədən öz həllini tapsın. Ancaq Ermənistan yəqin ki, bunu başqa cür yozurdu. Bəlkə də hesab edirdi ki, biz tərəddüd edirik. Bəlkə də hesab edirdi ki, biz öz ərazi bütövlüyümüzü bərpa etməyəcəyik. Bəlkə də hesab edirdi ki, biz bu vəziyyətlə barışa bilərik. Halbuki, mən dəfələrlə demişdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Bu sözləri Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı deyib.

“Ermənistanın danışıqlar prosesində sərgilədiyi riyakar mövqe deyə bilərəm ki, vasitəçiləri də artıq bezdirmişdi. Çünki Ermənistan və onun rəhbərliyi beynəlxalq vasitəçiləri də aldatmağa çalışırdı. Elə şərtlər qoyurdu ki, bəri başdan hər kəs bilirdi, bu şərtlər qəbuledilməzdir. Mən demişdim, heç vaxt imkan verə bilmərik ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb. Bunu indi bütün dünya bilir, tarixçilər bilir. Deyirdim ki, əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, bunu öz ərazisində yaratsın, Azərbaycanın ərazisində yox. Bu mövqe tarixi ədalətə əsaslanırdı, biz bunu bəyan edirdik və Ermənistana şans verirdik. Ancaq onlar bu şansdan istifadə etmədilər”, - deyə dövlət başçısı qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            774 26.06.21 19:08