Azərbaycan Gürcüstandan şərab idxalını artırıb
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, məhsulun həcmində illik müqayisədə 1,9 dəfə artım qeydə alınıb.
Yanvar-mayda Azərbaycan qonşu ölkədən ümumi dəyəri 139,6 min ABŞ dolları olan 156 609 litr pivə də idxal edib. Bu da ötən ilin eyni göstəricisindən 20 679 litr və yaxud 11,6 % azdır.
