Paşinyan göstəriş verdi: Ermənistanda ona satqın deyən hər kəs döyüləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:50 Hamilə qadınlara hansı tibbi xidmətlər PULSUZDUR?  |     12:23 Gəncədə gənclər arasında bıçaqlanma hadisələri artıb  |     12:20 İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi  |     12:13 Tanınmış biznesmenin oğlu Bakıda binadan yıxılaraq öldü - FOTO  |     12:11 Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranənin ölümü ilə bağlı ARAŞDIRMA APARILIR  |     12:08 Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı  |     11:56 Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir  |     23:01 "Qarabağ" yoxlama oyununda uduzdu  |     22:52 Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı  |     22:07 Azərbaycanın Avropa çempionu: "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam"  |     21:56 Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb - FOTO  |     21:50 Abşeron Gənclər Şəhərciyində mənzildə PARTLAYIŞ: Yaralılar var  |     21:30 Bakıda nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ - Bundan sonra...  |     21:03 DTX və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ - DETALLAR (FOTO)  |     21:00 Karyerasını bitirən İvan Rakitiç "Hayduk"da çalışacaq  |     20:54 Türkiyənin vilayətlərindən Azərbaycana bəzi heyvanların gətirilməsinə məhdudiyyət qoyulub  |     20:49 Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşmada maraqlıdır  |     20:41 Buzovnada çimərlikdə tikinti aparan şəxs məsuliyyətə cəlb olunub  |     20:36 Azərbaycan I yarımildə xarici vətəndaşlara 5 milyon manata yaxın ƏDV geri qaytarıb  |     20:30 Bakıda avtomobildən dəyəri 8 min manata yaxın olan ehtiyat hissələri oğurlanıb  |    

Paşinyan göstəriş verdi: Ermənistanda ona satqın deyən hər kəs döyüləcək

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan başqalarına dərs vermək və bundan sonra seçki təşviqatı kampaniyasının sakit məcrada keçməsi üçün onu satqın adlandıran hər kəsin yerindəcə döyülməsinə göstəriş verib.

Bu barədə Ermənistanın “Qraparak” nəşri “Vətəndaş sazişi” Partiyasındakı mənbələrinə istinadən yazıb.

“Kampaniyanın ilk günündəcə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın tərəfdarları və bəzi məlumatlara görə biznesmen Xaçatur Sukiasyanın cangüdənləri Armavir əyalətində Paşinyanı satqın adlandıran vətəndaşı döyüblər. Bizə zəng edən vətəndaş bildirib ki, bu yaxınlarda analoji hadisə İrəvanın Şimal prospektində də baş verib: Paşinyanın ünvanına “satqın” ifadəsini səsləndirən vətəndaş döyülüb. Bir neçə gün əvvəl isə Vanadzorda Paşinyanın ünvanına mənfi fikirlər səsləndirən vətəndaş avtomobilə əyləşdirilib və aparılıb. Paşinyanın tənqidinə görə ən ağır cəzalar isə 20 iyundan sonra veriləcək. Hakimiyyət bununla bağlı böyük planlar qurur”, - deyə nəşr qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 119 08.06.21 15:41