İnfeksionistdən sevindirici xəbər: İstədiyimiz nəticəyə doğru gedirik » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı  |     22:53 Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb  |     22:49 Vətən müharibəsi iştirakçısı vəfat etdi  |     22:38 Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı  |     21:08 "Formula-1" Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu  |     21:00 Türkiyədə məşhur jurnalist saxlanıldı  |     20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |    

İnfeksionistdən sevindirici xəbər: İstədiyimiz nəticəyə doğru gedirik

Bunu Milli.Az-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

O bildirib ki, ölkəmizdə COVİD-ə yoluxanların sayında yenidən sürətli artım olmayacaq:

"Statistikaya baxsaq görərik ki, yoluxma sayı günü-gündən azalır. Buna uyğun olaraq da bayram öncəsi qapanma qərarı verilmədi. Amma bu o demək deyil ki, bütün məhdudiyyətlər tam şəkildə aradan qalxmalıdır. Maskadan istifadə, sosial məsafə kimi qaydalara əməl etmək lazımdır. Xüsusilə ictimai yerlərdə, insanların sıx toplaşdığı yerlərdə, marketlərdə, avtobuslarda bu qaydalara ciddi riayət olunmalıdır ki, daha da növbəti yumşalmalara gedə bilək.



Deməzdim ölkəmizdə COVİD-ə yoluxanların sayında yenidən sürətli artım olacaq. Yoluxma sayının azalmasında peyvəndin rolu çox böyük oldu. Həm də artıq insanların böyük əksəriyyəti əvvəlki qədər laqeyd olmadılar, hər hansı bir əlamət, simptom müşahidə edilən kimi vaxtında həkimə müraciət etdilər. Buna görə də istədiyimiz nəticəyə doğru gedirik".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 143 07.05.21 21:04