Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ölən şəxs müğənni Aslan Hüseynovdur.
Qeyd edək ki, Aslan Hüseynov dörd gün əvvəl özünün “Instagram” hesabindan anasının vəfat etməsi ilə bağlı paylaşım edib.
* * * * *
Müğənni Aslan Hüseynovun qəzada öldüyünə dair yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avtomobil onun adına olsa da, sükan arxasında özü olmayıb:
“Avtoqəzada ölən şəxs Aslan Hüseynov deyil”.
Qeyd edək ki, bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə müğənni Aslan Hüseynovun Qaradağ rayonu ərazisində avtoqəzada öldüyünə dair məlumatlar yayılıb.
* * * * *
Müğənni Aslan Hüseynov vəfat edib.
Müğənni Qaradağ rayonunda ağır yol-nəqliyyat qəzasına düşüb.
Hadisə zamanı Aslan Hüseynovun idarə etdiyi avtomobil “KamAz”a çırpılıb. Bu zaman müğənni və yanındakı şəxs həyatını itirib.