Mojo.az Banner
19:25 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib  |     19:20 Payızda saç tökülməsi niyə artır? - Trixoloq açıqladı  |     19:14 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI  |     19:14 18 yaşlı tələbə qızın meyiti soyuducuda tapıldı  |     19:07 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır  |     18:58 Mal əti niyə bahalaşır? - Video  |     18:50 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA  |     18:48 11 milyardı götürüb Dubaya qaçdılar - İddia  |     18:41 Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı  |     18:34 Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq  |     18:09 Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO  |     17:24 Uşaqlarda qızdırmalı xəstəliklər artır: Valideynlər nəyə diqqət etməlidir?  |     17:17 Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ  |     17:17 Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI  |     16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:23 Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO  |     16:16 “El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ  |     15:56 Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Rafael Ağayev Portuqaliyadakı yarışda iştirak etməyəcək

29.04.2021 13:54 3 363
Rafael Ağayev Portuqaliyadakı yarışda iştirak etməyəcək
Karateçilərimiz Portuqaliyanın paytaxtı Lissabonda Tokio Olimpiadasına reytinq xalları verən Karate1 Premyer liqa turnirində mübarizə aparacaq.

Mötəbər yarışda Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 15 idmançıdan ibarət heyət iştirak edəcək. Bu ay anasını itirmiş millimizin lideri Rafael Ağayev (-75 kq) bu yarışda mübarizə aparmayacaq.

Karateçilərdən Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü -84 kq), Asiman Qurbanlı (+84 kq), həmçinin Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), İrina Zaretskaya (-68 kq) və Fəridə Əliyeva (+68 kq) tatamiyə çıxacaq. Kata çıxışlarında Roman Heydərov (fərdi) və Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət (komanda) iştirak edəcək.

Lissabonda Premyer liqanı idarə edən hakimlər arasında beynəlxalq hakim Cahangir Babayev və Vüqar Kərimov da yer alacaq.

Ümumdünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 87 ölkədən 740 karateçi yarışacaq. Turnir sabah başlayacaq və mayın 2-də başa çatacaq. Bu, karate millimiz üçün İstanbul Premyer Liqasından sonra ilin ikinci yarışı olacaq.


скачать dle 11.3
Mojo.az Banner