“Oba” marketdə nöqsanlar aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Alyaskada buzlaqlar əridi, yeni bir ada üzə çıxdı  |     22:56 Öldürülən motosikletçinin valideynləri azərbaycanlı ailədən 100 milyon rubl istəyir  |     22:50 Atlantik okeanının altında nəhəng içməli su mənbəyi tapıldı  |     22:42 Almaniyada azərbaycanlı saxlanıldı: İnsan qaçaqçılığında ittiham olunur  |     22:37 BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq  |     22:29 "Zəngəzur" mahnısı təqdim edildi (VİDEO)  |     22:24 İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş  |     22:15 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     22:09 Gənclər və İdman Nazirliyindən bu səlahiyyəti alındı - Sahil Babayevin tapşırığı...  |     22:01 Xaricdən gətirilən balıqlar yerli məhsullardan niyə ucuz satılır?  |     21:50 Azərbaycan paralimpiyaçısı xal ehtiyatında 12-ci pilləyə yüksəlib  |     21:43 Türkiyədə meşə yanır, təyyarə və helikopterlər cəlb olunub  |     21:29 Yaddaşa mənfi təsir göstərən qidalar  |     21:23 Ağdamda maşın aşdı, yeniyetmə öldü  |     21:15 Neftçalada 1 yaşlı körpəni anası yerə çırparaq öldürübmüş - VİDEO  |     21:09 “Kəpəz” “Araz-Naxçıvan”a məğlub oldu  |     20:50 Nepalda müvəqqəti hökumətin başçısı məlum oldu  |     20:42 Qəzalı vəziyyətdə olan 400 orta məktəbin aqibəti necə olacaq? - Ekspert  |     20:33 Xırdalan-Sumqayıt-Xırdalan qatarlarının hərəkəti müvəqqəti DAYANDIRILIR  |     20:26 Bəybala Xankişiyevə "stop" qoyuldu  |    

“Oba” marketdə nöqsanlar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Südçülük savxozu, Əli İsazadə küçəsi ilə Yeni Hövsan yolunun kəsişməsində fəaliyyət göstərən, "Oba Market” MMC-yə məxsus "Oba” marketdə yoxlama keçirib.

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı marketdə sertifikatlaşdırılmadan İran İslam Respublikasından ölkəmizə gətirilən müxtəlif çeşidli süd məhsulları, balıq məhsulları, süfrə duzu, qənnadı məmulatları və müxtəlif növdə hazırlanmış giləmeyvəli alkoqolsuz içkilərin satıldığı, istifadə müddəti ötmüş, istehsal tarixi və son istifadə tarixi qeyd edilməyən pendirin satışa çıxarıldığı, kolbasa məhsulunun üzərində yararlılıq müddətindən artıq müddətin qeyd edildiyi aşkarlanıb.

Eyni zamanda müəssisədə temperatur rejiminə riayət edilmədiyi, məhsulların saxlanılması üçün anbar sahəsinin təşkil edilmədiyi, qida məhsullarının qeyri-qida və istehlaka yararsız məhsullarla eyni sahədə saxlanıldığı, müxtəlif çəkilərdə qablaşdırılmış məhsulların üzərindəki istehsal tarixi, saxlama müddəti və digər məlumatların dəyişdirildiyi müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların dövriyyədən çıxarılması və satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 158 06.03.21 17:56