Azərbaycanda avtomobillər bahalaşacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:34 Naxçıvanda tabor və divizion komandirləri döyüş hazırlıqlarını nümayiş etdirdilər - VİDEO  |     18:05 Azərbaycanlı ailə azyaşlı qızına nişan mərasimi keçirdi - FOTO  |     18:03 İran tərəfdarı olan qruplaşma İraqda ABŞ hərbi bazasına 13 raket atıb  |     17:52 Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı  |     17:49 Qəbələdə 63 yaşlı kişi intihar etdi  |     17:42 Jirinovski: Ermənistan Rusiyanın tərkibinə daxil edilməlidir  |     17:16 Ağdamda idarə rəisi minaya düşdü: Vəziyyəti ağırdır - YENİLƏNİB + FOTO  |     17:02 Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı - FOTO  |     17:00 DİN-dən vətəndaşa kobud cavab verilməsi iddiası ilə bağlı AÇIQLAMA - FOTO  |     16:56 Paytaxtdakı 82 nömrəlı məktəbdə ənənəvi dərslər bərpa olunur  |     16:54 Sabah hava dəyişkən buludlu olacaq  |     16:52 Bakıda mağazadan 10 min manatlıq telefonlar oğurlandı  |     16:49 Daha bir restoranda toy edənlər tutuldu  |     16:48 Cəlilabadın qazlaşdırılmamış kəndləri ilə bağlı AÇIQLAMA  |     15:06 Şabran sakini tüfənglə hədələdiyi həmyerlisinin itini öldürdü  |     14:30 Reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artırılacaq - AÇIQLAMA  |     13:52 Zəngilanın Beşdəli kəndindən görüntülər - VİDEO  |     13:47 Bayramqabağı karantin rejimi sərtləşdirilə bilərmi? - AÇIQLAMA  |     13:43 “TikTok” intiharlarla mübarizəyə başladı  |     13:42 Azərbaycanda vaksinasiya edilənlərin sayı 300 mini keçdi - RƏSMİ  |    

Azərbaycanda avtomobillər bahalaşacaq
Dünya üzrə logistika xidmətlərində baş verən qiymət artımı həm dünya, həm də yerli avtomobil bazarı üçün təsirsiz ötüşməyəcək.

Median.Az
xəbər verir ki, bunu avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, bütün dünya üzrə logistika xidmətlərində müəyyən qiymət dəyişikliyi baş verib, bu da birbaşa olaraq daşınan malların qiymətlərinin artımına səbəb olub.

"Beynəlxalq logistikada qiymət artımı varsa, istisna deyil ki, bu, avtomobil bazarına da öz təsirini göstərəcək. Konkret olaraq demək çətindir, yerli bazarda avtomobillərin qiyməti hansı həddə yüksələcək, amma faktiki olaraq dünya üzrə avtomobillərin qiymətində təxminən 2% artım ola bilər. Bu, sırf daşımalara görə baş verə bilər. Hər halda düşünürəm ki, bu amil Azərbaycanın avtomobil bazarına da təsir edə bilər. Çünki Azərbaycana da avtomobillər uzaq ölkələrdən gətirilir. Ona görə də qiymət artımı olarsa, təbii ki, Azərbaycanda da yol xərcinə görə 2%-lik qiymət artımı baş verə bilər”, - deyə E. Cəfərov qeyd edib.

Avtomobil satışı ilə məşğul olan iri şirkətlərin hansı çətinliklərlə üzləşdiklərinə gəldikdə, ekspert hesab deyib ki, bu, əsasən bir çox ölkələrdə gömrük rüsumları ilə aksiz vergilərin həddindən artıq yüksək olması ilə əlaqədardır.

"Bu gün Avropa ölkələrində, eləcə də Türkiyədə avtomobilin mühərrik həcminə görə alınan vergilər olduqca yüksəkdir. Bu səbəbdən nəhəng avtomobil istehsalçıları istehsal etdikləri avtomobillərin qiymətlərini bu rüsumlara görə artmasının qarşısını almaq üçün müəyyən korrektə işləri aparır. Söhbət avtomobillərin mühərrik həcminin azaldılmasından gedir. Misal üçün 4 000 kubsantimetrlik mühərriklərin həcmi 3 000 kubsantimetrlik həcmində olacaq. İstehsalçılar artıq bu istiqamətdə işlər aparır. Mühərrik həcmi kiçiləcəksə, təbii ki, burada artıq hökumətlər tərəfindən avtomobillərə görə alınan rüsumların da həcmi azaldılacaq, bu isə avtomobilin qiymətinə müsbət təsir edəcək, yəni qiymət azalacaq”, - deyə E. Cəfərov qeyd edib.

Ekspertin fikrincə, bu, yaxşı hallardan biridir ki, məhz bu səbəbdən 2021-ci il avtomobil sənayesində və istehlakında böyük dönüm ili olacaq.

"Qeyd edim ki, avtomobil mühərriklərinin həcminin kiçilməsi mühərrikin gücünün azalması demək deyil. Həcm kiçilsə belə, müasir texnologiyaların tətbiqi nəticəsində mühərrik olduğu kimi güclü qalacaq, hətta ola bilsin ki gücü daha da artırılsın”, - deyə E. Cəfərov əlavə edib.

Ötən il Azərbaycanın avtomobil bazarında baş verən tendensiyalara gəldikdə, E. Cəfərov hesab edir ki, bu, gözləniləndən daha pis oldu: "Düşünürdük ki, avtomobil bazarında azalma müəyyən həddə olacaq. Avtomobil dilerləri demək olar ki, ötən ili ziyanla başa vurub. Bu, birbaşa olaraq pandemiya ilə əlaqədar idi. Eyni zamanda ikinci Vətən müharibəsi başladı ki, bu da gözlənilməz oldu. Azərbaycanın bir çox avtomobil dilerləri bu vəziyyətə hazır deyildi. Ona görə də satışlar kifayət qədər azalıb, avtomobil bazarı kiçilib. Ümid edirik, cari ildən bazar bərpa olunmağa başlayacaq. Burada müəyyən səbəblər var. Onlardan ən əsası dünya ekspertlərinin pandemiyanın bu ilin yazında səngiməsinə dair verdikləri nikbin proqnozlarıdır. Əgər pandemiya səngiyəcəksə, o zaman avtomobil bazarı da dirçələcək”.//APAскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            246 15.01.21 23:56