Mojo.az Banner
19:25 Oğul 67 yaşlı anasının başını kəsdi - Cinayət işinin bəzi detalları  |     19:22 Göyçayda qadın qətlə yetirildi, əri saxlanıldı  |     19:02 Nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi aparılacaq  |     18:58 Qəbələnin bəzi əraziləri qazsız qalacaq  |     18:51 Tiktoker "Eliş"ə hökm oxundu  |     18:29 Nəsimi rayonunda SOYĞUNÇULUQ OLUB: Üç nəfər saxlanılıb  |     18:13 Rusiya vətəndaşlarına hökm oxundu  |     17:32 Elektron siqaretlərlə bağlı QƏRAR  |     17:03 Bu heyvanların Azərbaycana idxalının qarşısı alındı  |     16:31 Quldurluq edənlərə hökm oxundu  |     16:08 Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi  |     15:43 Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb  |     15:25 Lökbatanda yanan anbar kimə məxsusdur? - Daha bir şirkətdən AÇIQLAMA (Yenilənib)  |     15:05 Azərbaycan neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı  |     14:55 Azərbaycanda hantavirusun yayılma riski yüksəkdir? - ÜST açıqladı  |     14:49 Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ  |     13:37 Valideynlər uşaqları sosial mediada istismar edir - Komitədən AÇIQLAMA  |     13:23 Müdiriniz sizə məcbur ərizə yazdırıb işdən çıxarırsa — hüquqlarınızı bilin  |     12:52 Bakı metrosunda mühüm YENİLİK: Sərnişinlər boş vaqonları öncədən görə biləcəklər  |     12:33 Prezident Administrasiyasının məsul işçisinin kürəkəni yenidən hakim qarşısına çıxarılacaq  |    
Left Banner
Right Banner

Paşinyandan əsirlərin mübadiləsi ilə bağlı AÇIQLAMA

05.12.2020 15:45 3 267
Paşinyandan əsirlərin mübadiləsi ilə bağlı AÇIQLAMA
Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı və İrəvanın Dağlıq Qarabağ münaqişəsi zonasında əsir mübadiləsi zamanı “hamının hamıya” prinsipi ilə bağlı razılığa gəldiyini elan edib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

“Ən mühüm vəzifə əsirlərin geri qaytarılmasıdır. Demək istəyirəm ki, burada müəyyən irəliləyiş var. Əsasən, “hamının hamıya” mübadilə prinsipi razılaşdırılıb”, - deyə Paşinyan həmyerlilərinə televiziya ilə müraciətində bildirib.

Onun sözlərinə görə, söhbət həm Qarabağda münaqişənin son gərginləşməsi zamanı, həm də ondan əvvəl əsir düşənlərdən gedir. Paşinyan əlavə olaraq, əsirlərin geri qaytarılması mexanizmlərin hazırlanmasının zəruriliyini də vurğulayıb.

Ermənistan baş naziri digər vacib problemin itkin düşənlərin axtarışı olduğunu bildirib. O, noyabrın 9-dan bəri 600-dən çox ölü hərbçinin cəsədinin münaqişə zonasından çıxarıldığını, 500 meyitin şəxsiyyətini müəyyənləşdirmə mərhələsində olduğunu söyləyib.

“Yüksək bir ehtimalla, bunların itkin düşmüş həmyerlilərimizin meyitləri olduğunu söyləyə bilərik... Şəxsiyyətin müəyyən edilməsi DNT testləri istifadə edilərək həyata keçirilir. Bu günə qədər ölənlərdən 135-nin şəxsiyyəti müəyyənləşdirilərək qohumlarına təhvil verilib”, - deyə o bildirib.скачать dle 11.3
Mojo.az Banner