Mojo.az Banner
23:01 Valideynlər üçün səssiz təhlükə: Azyaşlıları "Mavi Balina" kimi oyunlardan necə qoruyaq? (Video)  |     22:55 Elektromobil sürücüləri bu qaydalara əməl etsəniz, maşının ömrünü uzada bilərsiniz - ARAŞDIRMA  |     22:48 Rusiya və Azərbaycan birgə çay-dəniz tankerləri tikməyi planlaşdırır  |     22:42 Sərnişinləri narahat edən avtobus gecikmələrinin arxasında nələr dayanır? - RƏY  |     22:35 "Qonşu gəldi ki, bizim evə qeydiyyata düşmüsünüz" - Vətəndaşların üzləşdiyi problem (Video)  |     22:30 “Airbus” 628 "A320" təyyarəsini geri çağıra bilər  |     22:24 Gəncədə əri 43 yaşlı qadını döyüb, xəstəxanalıq etdi  |     22:16 Tovuzda zəncirvari yol qəzası: xəsarət alanlar var  |     22:10 Azərbaycanda artıq QR kodlu qəbir daşları hazırlanır  |     22:01 Ağdam rayonunda 3.2 milyonluq abadlıq işləri aparılacaq  |     21:55 Bu yol pullu olacaq?  |     21:49 Lotereyadan 40 milyon dollar qazanan şəxs tapılmır  |     21:41 Azərbaycanda vəkil vəfat etdi  |     21:34 NATO Ukraynaya dəstəyini davam etdirəcək  |     21:29 "MİDA mənzilləri üçün ədalətli alternativ seçim imkanları yaratmaq vacibdir" - Osman Gündüz  |     21:20 "Gücünüz çatsa, üzr istəyəcəksiz" - Floradan Eltona cavab  |     21:15 Bakıda restoran yanır  |     21:09 Azərbaycan bu ölkə ilə hərbi tibb sahəsində əməkdaşlığı müzakirə etdi  |     21:01 21 yaşlı Ləman bacısının həyat tərzinin qurbanı olub - Əri ilə mübahisəsi yaranıbmış  |     20:56 Avropa Ermənistana çağırış etdi - VİDEO  |    
Left Banner
Right Banner

“Euronews” viran edilmiş Füzulidən reportaj hazırlayıb - VİDEO

21.11.2020 13:55 3 257
“Euronews” viran edilmiş Füzulidən reportaj hazırlayıb - VİDEO
Azərbaycan ordusu Füzuli şəhərini işğaldan azad etdikdən sonra bayraqlarını qaldırmaq üçün bir dənə də olsun dağılmamış bina tapa bilmədilər. Bu səbəbdən onlar məhv edilmiş mədəniyyət evinin fasadı ilə kifayətlənməli oldular.

Bu barədə “Euronews”un Füzuli şəhərindən hazırladığı reportajda bildirilir.

Telekanal şəhərin tamamilə minalandığı üçün bura yalnız Azərbaycan hərbçilərinin müşayiəti ilə və yalnız əsas yollarla gəlməyin mümkün olduğunu bildirib:

“Buna görə 30 il əvvəl Füzulidə yaşayan insanlar indi öz evlərinin xarabalıqlarına uzaqdan baxa bilirlər”.

Təqribən 30 il əvvəl öz evini tərk etmək məcburiyyətində qalan Arzu Şəfiyeva da belələrindəndir:

“Bu evdən qaçdığımızda tamamilə fərqli görünüşdə idi. Heç bir şey götürmədik, hər şeyi qoyduq. Evimizin qapısını kilidlədik, geri dönəcəyimizi düşünürdük. İnanıram ki, Allahın köməyi ilə yenə qayıdacağıq, tikəcəyimiz evin yenisinin şəklini çəkəcəyik və müqayisə edəcəyik”.

Reportajda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirləri yer alıb.

“Azərbaycan ermənilər tərəfindən məhv edilmiş hər şeyi yenidən bərpa edəcək, Füzuliyə həyatı qaytaracaq və o, yenidən çiçəklənən bir Azərbaycan şəhərinə çevriləcək”, - deyə o bildirib.скачать dle 11.3