Mojo.az Banner
20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |     20:49 Yerli dərman istehsalı artır: Apteklərdə xarici məhsulları əvəz edə biləcək?  |     20:44 171 illik planet iddiası çökdü: Heç vaxt mövcud olmayıb  |     20:36 Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?  |     20:31 6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar (VİDEO)  |     20:23 Bu dağların altında nəhəng "təmiz enerji" ehtiyatları tapıla bilər  |     20:17 Əlavə xərc çəkmədən praktik qarderob yaratmağın yolları açıqlandı  |     20:14 Məşhur aktyor vəfat etdi  |     20:09 Alimlər həftələrlə təsir edən lokal anesteziya hazırladı  |     20:04 Sədərək Ticarət Mərkəzində avtobus aşdı - VİDEO  |     19:55 Məşhur şirkətlərin rəhbərinə ölkədən çıxış qadağa edildi  |     19:50 Nərimanovda oğurluq edənlər saxlanılıblar  |     19:42 Quba-Xınalıq yolunda sürüşmə - 8 kəndlə nəqliyyat əlaqəsi kəsildi  |     19:37 Qanunsuz saxlanılan silahlar aşkarlandı  |     19:30 Britaniyada təhlükəli virus yayılıb  |     19:24 Anatoli Kaşpirovski vəfat etdi  |     19:15 Bazar günü dolu düşəcək, qar yağacaq  |     19:10 Polis bir gündə 57 nəfəri saxladı  |     19:03 Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO  |     18:58 Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri müəyyənləşdi  |    
Mojo.az Avto
Mojo.az Avto

"MİDA mənzilləri üçün ədalətli alternativ seçim imkanları yaratmaq vacibdir" - Osman Gündüz

03.12.2025 21:29 462
Xəbər verdiyimiz kimi, bu gün MİDA güzəştli mənzillərin növbəti onlayn satışını keçirib.

Mənzillərin satışı zamanı kütləvi narazılıqlar və iradlar olub.

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz açıqlama yayıb. O bildirib ki, istifadəçilər satış başlayan anda texniki problemlərlə üzləşdiklərini, ekrana xəta xəbərdarlığının çıxmasını, növbəti mərhələyə keçidin mümkün olmamasını bildiriblər:

"MİDA əvvəlkilki satışlardan fərqli olaraq bu dəfə ictimai nəzarətin təşkilinə önəm verməyib. Bu satışda hələlik ən diqqətçəkən məqam odur ki, MİDA satışın baş tutması ilə bağlı heç bir rəsmi açıqlama verməyib. Nə baş verməsi, hansı qurumların prosesdə iştirak etməsi, ilk satışın hansı müddətə baş tutması haqqında , bir daha xatırladıram ki, əvvəlkilərdən fərqli olaraq, bu dəfə açıqlama verilməyib.

Adətən MİDA satış başa çatan anda ilkin açıqlamalar verirdi.

Qanunvericulikdə kritik qurumların siyahısı qapalı məlumat olsa da, kritik infrastrukturun tərifindən belə anlaşılır ki MİDA bu infrastrukturun subyektidir.
Belə olan halda qurum, onun informasiya sistemi DTX və XRİTDX -nin nəzarət perimetrinə daxil olur.

Ümid edək bu gün keçirilən onlayn satışın etibarlılığı ilə bağlı da MİDA, DTX, XRİTDX və digər əlaqəli qurumlar tərəfindən araşdırmalar aparılacaq ağlabatan bir açıqlama veriləcək.

Xatırladıram ki, 3 il öncə məhz DTX -nin müdaxiləsindən sonra satışın nəticələri ləğv edilmişdi.

Məhz bundan sonra MİDA sistemində bir xeyli təkmilləşmələr aparılmış, ilk mənzil satışın müddəti xeyli artmışdır.

Əgər 2022-ci ilədək, Bot-ların meydan suladığı vaxtlar ilk mənzil seçimi 4-10 saniyə müddətində baş tutmuşdusa, DTX nəzarəti gücləndirəndən sonra bu müddət 30 saniyə ətrafında olurdu .

Bir daha qeyd etmək istərdim ki , proses nə qədər insan amili olmadan, texnologiyalar vasitəsilə həyata keçirilsə də, bəri başdan mahiyyətində bir ədalətsizlik var.

Rəqəmsal bacarıqları yetərli olmayanların bu prosesdə uduş şansı elə öncədən sıfra bərabərdir.

Odur ki, güzəştli mənzillər üçün daha ədalətli alternativ seçim imkanları yaratmaq çox vacibdir.

Bu istiqamətdə təkliflərimizi MİDA-ya təklif etmişik".скачать dle 11.3
Mojo.az Banner