Mojo.az Banner
23:02 Saçlarınız tökülürsə, bunları sınayın: 3 təbii üsul  |     22:54 Növbəti miqrant axını bu ölkəyə oldu  |     22:45 Rusiyanın neft-kimya kompleksi Ukrayna dronlarının hədəfində  |     22:37 Yerə yeni maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər  |     22:31 Keçmiş deputat Anna Mkrtçyanın atası TUTULDU  |     22:29 Azərbaycan, ABŞ və Ermənistan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıblar  |     22:27 Azərbaycan XİN Kolumbiyaya başsağlığı verib  |     22:21 Bu ərazilərdə qaz olmayacaq  |     22:15 Türkiyə “atəşi kəsin” dedi, Rusiya atəş püşkürdü  |     22:07 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     21:23 ABŞ Futbol Federasiyası FIFA-nın idarəetmə strukturunda dəyişikliklərə çağırdı  |     21:13 Bəzi məhsullar bahalaşacaq – SİYAHI  |     20:45 Ukrayna Rusiyada neft-kimya kompleksinə zərbə endirdi  |     20:10 "Qəbələ" braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb  |     19:56 Pezeşkian: "Süni intellektə əsaslanan ABŞ İrandakı vəziyyətlə bağlı yanıldı"  |     19:28 Bu gün / 19:12 54 Şahbuzda VAZ aşdı: 76 yaşlı qadın həyatını itirdi  |     19:25 DTX: "Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır"  |     18:23 Bakıda tanışlarını bıçaqlayan şəxsə prokuror ağır cəza istəyib  |     18:15 I ixtisas qrupunda "pulsuz" yerlərin sayı bəlli oldu  |     18:03 KMBİ: Qanunsuz dövriyyəsi 10 milyon manat olan onlayn mərc şəbəkəsi ifşa edildi - Video  |    
Left Banner
Right Banner

Növbəti sosial evlər sabah satışda: BUNLARA ƏMƏL EDİN

15.10.2019 22:56 1 496
Növbəti sosial evlər sabah satışda: BUNLARA ƏMƏL EDİN
Sabah - oktyabrın 15-də saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzillərin onlayn satışı keçiriləcək.

Median.Az
xəbər verir ki, bu barədə Lent.az -a danışan Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, ekspert Osman Gündüz bildirib ki, bu dəfə onlayn mənzil seçimində əvvəlki prosedurlardan fərqli yeni bir tələb qoyulub:

"Seçim prosesində iştirak edən istifadəçilər tərəfindən "Seçimlər" mərhələsində "CAPTCHA"dan (simvollardan ibarət avtomatlaşdırılmış kod) istifadə ediləcək. MİDA bununla sistemdən istifadə edənin insan, yoxsa robot (proqram) olmasını müəyyənləşdirmək üçün istifadə edəcək. Bu artıq o deməkdir ki, mənzil seçmək üçün istifadəçi əlavə simvolları da sistemə daxil etməli olacaq və bununla da tələb olunan proseduralar və zaman artacaq. Ümid edirəm ki, istifadəçilər bu prosesi artıq yenilənmiş satış modulunun sınaq (demo) versiyasında sınaqdan keçiriblər".

Ekspert qeyd edib ki, mənzil seçimində uğur qazanmaq üçün iddiaçılar sınaq versiyalardan mümkün qədər çox istifadə etməlidirlər:

"Həmçinin, uduş sansını yüksəltmək üçün, normal kompüter, keyfiyyətli internet və kompüterdə işləmək vərdişləri yetərli olmalıdır. İddiaçıların satış vaxtından bir neçə saat əvvəl "Elektron hökumət" portalı üzərindən "Güzəştli mənzil" sisteminə daxil olması tövsiyə olunur. Elektron İmza və ya Asan İmza işlək vəziyyətdə də olmalıdır".

Osman Gündüz son olaraq MİDA-nın bu dəfə də onlayn satış prosesinin sosial mediada və ya televiziyada canlı yayımını nəzərdə tutmamasına təəssüflənib.скачать dle 11.3
Mojo.az Banner