40 saniyəyə 154 mənzil satıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bakıda məktəb-liseylərin formaları bahalaşdı - Şalvar 39 manat oldu  |     22:55 Bu il uşaqlara ən çox qoyulan oğlan və qız adları (SİYAHI)  |     22:48 "Kirayəçi" dələduzların bazarı açıldı: Tələbələr Bakıya gəlir, belə tələyə düşür  |     22:40 Dünyada ət qiymətləri rekord həddə çatdı - Səbəb nədir?  |     22:34 Azərbaycanlı milyonçu bloqer vergi qalmaqalına görə yenidən gündəmdə  |     22:27 "Zahranur" şirkətinə 10 000 manat maliyyə sanksiyası tətbiq edildi  |     22:21 Tarixin ən güclü 5 zəlzələsi: Yer üzünü sarsıdan fəlakətlər  |     22:16 Rektor: "İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər"  |     22:10 Azərbaycana məxsus sərnişin təyyarəsi beş ildən sonra ilk dəfə Təbrizdə enib - Video  |     22:03 Yol qəzasından sonra baş verən insidentlə bağlı AÇIQLAMA  |     21:58 Bu kafedə istehlaka yararsız məhsullar aşkarlandı  |     21:52 Sumqayıtda bərbərxana yandı  |     21:47 Bakıda yolun ortasında ilan - VİDEO  |     21:41 Gürcüstan Prezidenti onları əfv etdi  |     21:34 Gəncədə 9 mərtəbəli binada yanğın oldu  |     21:29 Siçan yeni doğulan körpələri dişləyib öldürdü - VİDEO  |     21:22 Sabah Bakıda yağış yağacaq  |     21:15 Yaponiya Ukraynaya qoşun göndərməkdən imtina edib  |     20:59 Göz qanaması ilə başlayan gizli virus yayılır  |     20:53 Bu market qanunsuz işləyirmiş  |    

40 saniyəyə 154 mənzil satıldı

Güzəştli mənzillərlə bağlı bugünkü satış zamanı 154 mənzilin seçimində iştirak edənlərin sayı 4624 nəfər olub. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) agentliyində verilən məlumata görə, Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə, 154 mənzilin satışı prosesinə bu gün saat 11:00-da başlanıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Satışa çıxarılan 154 mənzilin seçimi "Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. "Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 11 003 nəfərdir.

Mənzillərin seçimi prosesi MİDA-nın inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi”nin və "Ernst Young” şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında olub.

O, Bizimyol.info saytına bildirib ki, güzəştli mənzillərin onlayn satışı ilə bağlı sistemlərində hər hansı problem yaranmayıb.

"DEMO versiyanın qabaqcadan 1 ay ərzində işə salınması və iddiaçıların qabaqcadan xeyli məşq etməsi və iddiaçılar tərəfindən İT mütəxəssislərin prosesə cəlb edilməsi seçim zamanını xeyli dəyişib. Artıq ilk dəfə olaraq bu satışda ilk seçim 4-5 saniyə çəkdi. 38-40 saniyəyə bütün mənzil seçimi başa çatdı. Ekranda bütün prosesi müşahidə ertmək mümkündür. Əvvəlcədən də yazanlar vardı ki 6 saniyəyə DEMO-da seçim edə bilir”.

Osman Gündüz bildirir ki, prosesi canlı yayımlamaq üçün ona mkan verilməyib:

"Düşünürəm ki növbəti mərhələdə mütləq bütün prosesi SOSİAL MEDİADA və TV-lərdə CANLI yayım etmək lazımdır Ümid edirəm MİDA rəhbərliyi nəzərə alacaq”.

Ekspert deyir ki, MİDA-nın məlumatlandırma işlərini də təkmilləşdirmək lazımdır. "Baxıram ki aprelin 15-dən sonra FB səhifələrində heç bir infromasiya verməyiblər. Eyni zamanda MİDA -nəın hazırda tikdiyi binalara baxanda belə anlamaq olar ki yaxın zamanda iddiaçıların hamısı güzəştli mənzil əldə edə biləcək. MİDA rəhbərliyi bu mənzil tikintisi ilə bağlı dinamikanı və məhdud sayda güzəştli mənzil iddiaçılarının da ən uzağı nə zaman mənzil ala biləcəyini indidən təxmini olaraq elan edə bilər. Əlbəttə onlayn satış ən şəffaf və insan müdaxiləsinə imkan verməyən uğurlu variantdır. Eyni zamanda ümumiyyətlə güzəştli seçim üçün əlavə imkanları da nəzərdən keçirmək pis olmazdı. Onlayn formada yeni mənzil əldə edənləri təbrik edirik, gözləmədə olan iddiaçılara da hövsələli olmağı arzulayırıq”.//bizimyol/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 709 30.04.19 14:16