Mojo.az Banner
13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

MİDA-nın güzəştli mənzil satışı 1 dəqiqəyə bitdi - Texniki problemlər yarandı (YENİLƏNİB)

03.12.2025 12:20 1 131
MİDA-nın güzəştli mənzil satışı 1 dəqiqəyə bitdi - Texniki problemlər yarandı (YENİLƏNİB)
"MİDA alıcıları satış başladığı zaman ciddi texniki problemlərlə üzləşiblər. Serverlərin eyni anda yüklənməsi səbəbindən bir çox istifadəçi xəta ekranı ilə qarşılaşıb".

Bu sözləri texnobloqer Fərid Pərdəşünas deyib.

"Paralel olaraq bəzi istifadəçilərin sorğuları isə emal olunub. Eyni anda serverə daxil olan sorğuların çoxluğu platformaya girişdə çətinliklər yaradıb. İstifadəçilər seçimlərin növbəti addımına keçid edə bilməyiblər.

Bəzi istifadəçilərin xəta ilə üzləşməsi və bəzilərinin seçim edə bilməsi texniki cəhətdən mümkün haldır. Amma bu, ədalətli yarışın təşkili demək deyil. Vətəndaşlar bərabər imkanlarla satışda iştirak etməlidirlər.

Düşünürəm ki, artıq Milli Məclis və aidiyyəti qurumlar bu qanuna düzəlişlər təklif etməli və güzəştli mənzillərin sürət hesabına yarış formasında verilməsi dayandırılmalıdır. Ən ədalətli yanaşma istifadəçilərin böyük bir stadionda toplanıb, canlı püşkatma ilə seçimdə iştirakını təmin etməkdir", - deyə o əlavə edib.

***

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzil satışı yekunlaşıb.

Texnobloqer Fərid Pərdəşünas satışların 1 dəqiqəyə başa çatdığını yazıb.

Onun sözlərinə görə, bir çox istifadəçilər satış zamanı texniki problemlərin yarandığını bildiriblər.

Vətəndaşların əksəriyyəti seçim edə bilmədiklərini qeyd edirlər.

***

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzillərin satışı üzrə elan olunmuş seçmə mərhələsi artıq başlayıb.

Ümumilikdə 627 mənzil üçün seçim prosesi davam edir.

Mənzil satışı dekabrın 12-si saat 11:00-dək davam edəcək.

Elana əsasən, mənzillər aşağıdakı yaşayış kompleksləri üzrə təqdim olunur:

Hövsan Yaşayış Kompleksi – I mərhələ üzrə 1 mənzil, II mərhələ üzrə 7 mənzil

Birinci mərhələsi üzrə: 2 otaqlı mənzilin qiyməti – 54 815 manatdır.

İkinci mərhələsi üzrə: 4 otaqlı mənzillərin qiyməti – 94 050 manatdır.

Sumqayıt Yaşayış Kompleksi – 10 mənzil

Studio tipli mənzillərin qiyməti – 50 200 manat,

4 otaqlı mənzillərin qiyməti – 105 800 manatdan başlayır.

Lənkəran Yaşayış Kompleksi – 10 mənzil

3 otaqlı mənzilin qiyməti – 61 965 manat,

4 otaqlı mənzillərin qiyməti – 84 150 manatdan başlayır.

Binəqədi Yaşayış Kompleksi – 204 mənzil

Studio tipli mənzillərin qiyməti – 48 120 manat,

2 otaqlı mənzillərin qiyməti – 69 240 manat,

3 otaqlı mənzillərin qiyməti – 87 480 manat,

4 otaqlı mənzillərin qiyməti – 118 800 manatdan başlayır.

Şirvan Yaşayış Kompleksi – 216 mənzil

2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,

3 otaqlı mənzillərin qiyməti – 69 160 manat,

4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdır.

Yevlax Yaşayış Kompleksi – 179 mənzil

Studio tipli mənzillərin qiyməti – 41 040 manat,

1 otaqlı mənzillərin qiyməti – 43 225 manat,

2 otaqlı mənzillərin qiyməti – 55 575 manatdan başlayır,

3 otaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayır,

4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.скачать dle 11.3
Mojo.az Banner