Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

"Qonşu gəldi ki, bizim evə qeydiyyata düşmüsünüz" - Vətəndaşların üzləşdiyi problem (Video)

03.12.2025 22:35 678
Gəncə şəhərinin Faiq Bayramov küçəsində yaşayan bir qrup sakin ciddi bir problemlə üzləşib.

Median.Az
xəbər verir ki, yaşayış ünvanlarının dəyişdirilməsindən sonra onların evlərində tanımadıqları şəxslər qeydiyyata düşüblər.

Vətəndaşlar bu vəziyyətdən narazılıq edərək, çıxış yolu tapa bilmədiklərini bildirirlər. Onların sözlərinə görə, bu şəxslərin çoxu ölkə hüdudlarından kənarda yaşayırlar:

"Qeydiyyata alınan şəxslərin çoxu Azərbaycanın hüdudlarından kənardadırlar, mən nə onları qeydiyyatdan çıxara bilirəm, nə də kimə şikayət edirəm, deyirlər bizlik deyil".

Sakinlərdən biri isə öz evindəki vəziyyəti belə izah edib:

"17 nəfərdən 4-ü bizik, 13-ü qonşulardır. Qonşular da deyirlər ki, biz həmin ünvandan çıxsaq, havada qalırıq. Həmin qonşuları da qeydiyyata o biri qonşular salıblar. Biz ünvanları dəyişmək üçün gərək bütün qonşular bir-birini məhkəmə yolu ilə çıxarsın, təzədən şəxsiyyət vəsiqələri yenilənsin və çıxarış düzəlsin".

Vətəndaşlar bu prosesin həm vaxt, həm də maliyyə baxımından çətin olduğunu qeyd edirlər. Onlar tək məhkəmə rüsumunun 100 manat, vəkilə ərizə yazdırmaq üçün isə 30-40 manat ödənməli olduğunu vurğulayırlar.

Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDXN) Ünvan Şöbəsinin müdiri Rəna Vəliyeva məsələyə aydınlıq gətirib:

"Köhnə qaydalarla ünvanların təkrarlanma halları çox olurdu. Bu və digər problemlərə görə biz ölkə üzrə yeni qaydalara, yeni sistemə keçid etdik. Yeni qaydalarla verilən ünvanlar təkrarlanmır".

Daha ətraflı Baku TV-nin süjetində:скачать dle 11.3
Mojo.az Banner