Mojo.az Banner
12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Sərnişinləri narahat edən avtobus gecikmələrinin arxasında nələr dayanır? - RƏY

03.12.2025 22:42 564
Sərnişinləri narahat edən avtobus gecikmələrinin arxasında nələr dayanır? - RƏY
Son günlər Bakıda insanlar avtobusların gecikməsindən narazılıqlarını artırıblar. Sərnişinlər işə, məktəbə və ya digər gündəlik işlərinə vaxtında çatmaqda çətinlik çəkdiklərini bildirirlər.

Bəs avtobus marşrutlarında yaşanan gecikmələrin əsas səbəbləri nədir və bu problemin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?

Median.Az
xəbər verir ki, mövzu ilə bağlı "Patrul.az"a danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, Bakıda avtobusların gecikməsi əsasən tıxaclar, təmir işləri və yol məhdudiyyətlərindən qaynaqlanır:

“Avtobusların gecikməsi ümumi Bakı tıxacının fonunda baş verən səbəblərlə əlaqələndirilə bilər. Eyni zamanda, xaotik aparılan təmir işləri də avtobusların hərəkətinə təsir göstərir. İndiyə qədər zolaqlar müəyyən istiqamətlərdə artırıldıqca effektivlik müşahidə olunur, amma Bakıda yolların qəfil məhdudlaşdırılması halları da olur. Hər hansı bir tədbir çərçivəsində birdən-birə bəzi yollar bağlanır və açılır, bunun fonunda da avtobusların hərəkətinə təsir hiss edilir. Əsas məsələ təmir işlərinin olmasıdır. Zolaqlarla bağlı bəzi yerlərdə kəsişmələr olur, avtobuslar əməliyyatlarını tam yerinə yetirə bilmir. Məsələn, Xocalı prospektindən Yusif Səfərov küçəsinə dönərkən bu gün 6 və 7 avtobus ard-arda dayanmışdı. Sürücülər qırmızı yaşıl işıq fonunda keçidə icazə vermədikləri üçün avtobuslar dönüb əməliyyatlarını tamamlaya bilmirlər. Təbii ki, həm şəxsi nəqliyyat, həm də ümumi nəqliyyatın həmin istiqamətlərdə hərəkəti üçün problem yaranır. Bəzən avtobus qəzaları da az olmur, bu da vəziyyətə təsir göstərir”.

Ekspertin sözlərinə görə, Bakıda avtobusların sayı yetərli olmadığından və artan şəxsi avtomobil fonu səbəbindən gecikmələr davam edir:

“Bir çox səbəblər var və bu səbəblər məlumdursa, onlara uyğun tədbirlər görüləcək. Effektivlik baxımından zolaqlar müşahidə edilir. Hazırda şəxsi nəqliyyat vasitələrinin avtobuslara müraciəti, artan avtomobil fonunda, insanların fonunda bu seçimi çətinləşdirir. Ümumilikdə, müsbət təsirlər də var. Ümid edirəm ki, düzgün davam edərsə, artıq Bakı şəhərində ictimai nəqliyyatdan planlı şəkildə istifadə etmək mümkün olacaq. Amma hələlik vəziyyət çətindir. Avtobus sayı kifayət qədər deyil, ona görə də gecikmələr ilə gəlirlər deyə digərləridə bu məsələyə ümidsiz yanaşırlar”.скачать dle 11.3
Mojo.az Banner