Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Bakıya yeni avtobuslar gətiriləcək: Nəqliyyat problemi həll olunacaq?

10.01.2025 12:09 1 155
Bakıya yeni avtobuslar gətiriləcək: Nəqliyyat problemi həll olunacaq?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilən məlumata görə, 2025-ci ildə Bakıya özəl daşıyıcılar tərəfindən 100-dən artıq avtobusun gətirilməsi gözlənilir. Məlumatda qeyd edilib ki, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib. 200 avtobus təmir edilərək daşımaya qaytarılmış, həmçinin 165 ədəd elektrik avtobusu daşımalara cəlb edilmişdir. Özəl daşıyıcılar tərəfindən 60 ədəd yeni avtobus gətirilib və bir hissəsi artıq istismara buraxılıb.

Bakıya bu qədər yeni avtobusların gətirilməsinə baxmayaraq, hələ də 20 yanvar metrostansiyasından sonrakı xətt üzrə hərəkət edən avtobuslar yenilənmir. Bu da sərnişinlərin haqlı narazılığına səbəb olur. 

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, nəqliyyat sektorunda aparılan islahatların hamısı əhalinin ictimai nəqliyyatan istifadəyə cəlb olunmasına xidmət edir:

"Hazırkı tıxacı, sıxlığı aradan qaldırmağın yeganə yolu ictimai nəqliyyatın işinin optimallaşdırmaqdan keçir. Artıq bu istiqamətdə ciddi addımlar atılır, zolaqlar çəkilir. Dayanacaqlar təkmilləşdirilir. Eyni zamanda, paytaxta yeni avtobuslar gətirilir. İndi hazırda şəhərə gətiriləcək avtobusların sayının 2500-ə çatdırılması hədəflənir. Yeni gələn avtobusları şəhərin mərkəzi hissələrinə yönəldirlər. Bunu bəzi ekspertlər fərqli şəkildə şərh edir. Amma bir reallıq var, məsələn evimizdə ən yaxşı əşyalarımızı qonaq otağına düzürük. Çünki bu, qonaq üçündür. Nəqliyyat da belədir. Bakıya üz tutan qonaqlar mərkəzə gəlir. Bakının ən yaxşı hissələrində dolaşırlar. Ona görə yeni avtobusların şəhərin mərkəzinə verilməsi normaldır. Bölgələrə, ətraf qəsəbələrə isə mərkəzi hissədən çıxarılan avtobuslar yönəldilir".

Yasin Mustafayev qeyd edib ki, şəhərin 20 yanvar və digər istiqamətlərdə avtobusların həm yeniləri, həm də köhnələri fəaliyyət göstərir:

"Bunlar zamanla düzələcək. Uzun zamandır ki, bu sahədə islahatlar aparılmırdı. Aparılan yerlərdə belə islahatlar zəif gedirdi. İndi artıq son bir neçə ildir ki, güclü şəkildə bu istiqamətdə addımlar atılır".

Son xəbərlər