Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

"Gücünüz çatsa, üzr istəyəcəksiz" - Floradan Eltona cavab

03.12.2025 21:20 600
Əməkdar artist Elton Hüseynəliyevin Xalq artisti Flora Kərimova haqqında " 500 mahnısının 100-ü baldır, 400-nün isə dəxli yoxdu, hamıdan oxuyub" sözlərinə qarşı tərəfin cavabı gecikməyib.

Xalq artisti sosial şəbəkədə bunları yazıb:

"Düşünüb danışmaq gözəldir, çünki səsləndirdiyin fikrə görə üzr istəməyə lüzum qalmır. Vicdanınız sızlamadan, insanın duyğularırını, ruhunu, yaşını, durumunu hesaba qatmadan nəyi istəsəniz efirdə müzakirə edə bilərsiniz. Necə ki edirsiniz və edəcəksiniz də. Sənətim barədə danışmağa mənim tör-töküntülərimlə sənətkar olub sizə örnəklik edənlərin səviyyəsinə çatanda haqqınız olacaq. Sənətimi müzakirə etmək üçün isə sizin dilinizlə deyim Elton, o “100 qaymaq mahnım yox, qızıl fondda qalan 400 dəxlisiz” oxuduğum mahnıların birinin səviyyəsində tək sən yox, elə ustadların daxil oxuya biləcəyiniz halda haqqınız çatar!

Elton, “elə demək istəməmişdim” deyəcəksiz, mənəvi gücünüz çatacaqsa üzr də istəyəcəksiz, ya da heç istəməyəcəksiz. Gözləntim də yoxdur. Nə vaxtsa qismət olsa, qarşılaşsaq, sizi öpüb yenə "oğlum" deyib qucaqlayacağam. Lakin bu dünyadan nigaran köçməyimə daha bir təəssüfün səbəbkarı oldunuz.

Və bir də oğul, Allah qismət etsin gəlib bir həddə çatacaqsınız. Kimsə ümidlə qapınızı döyər, biləcəksiniz ki, oxuyacağın şeir, mahnı, duet fərq etmir onun ruzi, çörək qapısını aralayır. Siz də özlüyünüzdə eqonuzu, təkkəbürünüzü sındırıb bir tikəyə, ümidə, sevincə vəsilə olacaqsınız. Hələ onu da Allah nəsib eləsə o vaxt ayıq başınızla tək məni deyil, həyatı başa düşəcəksiniz".скачать dle 11.3
Mojo.az Banner