Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Flora Kərimova: “Aygün Kazımova dünyanı gəzəndə hələ Röya yox idi” - VİDEO

11.04.2018 14:07 3 523
Flora Kərimova: “Aygün Kazımova dünyanı gəzəndə hələ Röya yox idi” - VİDEO
Əməkdar artist Röya Ayxan Xəzər televiziyasında "Xəzər maqazin”-ə verdiyi müsahibədə bir neçə dəfə xalq artisti Aygün Kazımovaya sataşıb.

Röya Ayxan "Xəzər maqazin”-ə açıqlamasında verəcəyi konsertdə "nə göydən sallanacam, nə də şpaqat açacam”-deyib. Daha sonra isə Aygün Kazımovanın "Həyatımda heç kim olmayanda çox çalışıram. Sevgi olanda işləmək olmur” sözlərinə isə "Mənim həyatımda adam varasa da, yoxsa da mən işləyirəm”-deyə Röya reaksiya verib. Xalq artisti Aygün Kazımova və Röya Ayxan arasında olan bu atışma sosial şəbəkələrdə müzakirə olunub. Onlar iki sənətçini də "Diva” adlandırıb. Bunun nəticəsində Aygün Kazımovanın fanatları ölkədə bir dənə "Diva” var, o da Aygün Kazımovadır-deyə yazıblar və müzakirələr daha da geniş vüsət alıb.

Baş verən qalmaqala münasibət bildirən xalq artisti, böyük sənətkar Flora Kərimova isə Bizim Yol-a açıqlamasında onların sənət davası etmələrini aruzulayıb. "Mən başa düşə bilmirəm ki, bu "Diva” adı nə addır ki, onun üstündə dava gedir. Bunlar sənət davası etsinlər. Bu sənətdə iz qoymaq davası etsinlər. Bunlar biabırçı müzakirələrdi, adı müğənnilərə xalq verər, müğənni özü-özünə ad verməz. Aygün Kazımova səhnəyə yeniliklər gətirib. O konsert verib dünyanı gəzəndə, hələ Röya yox idi. Aygün Kazımova haqda nəsə demək üçün gərək nəsə edəsən.”

"Mən sənətçilərdə iki şeyə, bir şəxsiyyətə, bir də sənətə fikir verirəm. Onlar hər ikisi anadı. Sabah kiminsə qapısını döyəcəklər və ya bunların qapısı döyüləcək. Ona görə belə şeylərə fikir versinlər.
скачать dle 11.3
Mojo.az Banner