Baş Prokurorluq Masazır gölü ilə bağlı araşdırmalara başladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:12 Azərbaycan nefti bahalaşıb  |     13:04 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki DƏYİŞİR  |     12:59 Azərbaycanlı tanınmış bəstəkarın Türkiyədə ölümünün TƏFƏRRÜATI  |     12:50 Hamilə qadınlara hansı tibbi xidmətlər PULSUZDUR?  |     12:23 Gəncədə gənclər arasında bıçaqlanma hadisələri artıb  |     12:20 İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi  |     12:13 Tanınmış biznesmenin oğlu Bakıda binadan yıxılaraq öldü - FOTO  |     12:11 Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranənin ölümü ilə bağlı ARAŞDIRMA APARILIR  |     12:08 Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı  |     11:56 Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir  |     23:01 "Qarabağ" yoxlama oyununda uduzdu  |     22:52 Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı  |     22:07 Azərbaycanın Avropa çempionu: "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam"  |     21:56 Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb - FOTO  |     21:50 Abşeron Gənclər Şəhərciyində mənzildə PARTLAYIŞ: Yaralılar var  |     21:30 Bakıda nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ - Bundan sonra...  |     21:03 DTX və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ - DETALLAR (FOTO)  |     21:00 Karyerasını bitirən İvan Rakitiç "Hayduk"da çalışacaq  |     20:54 Türkiyənin vilayətlərindən Azərbaycana bəzi heyvanların gətirilməsinə məhdudiyyət qoyulub  |     20:49 Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşmada maraqlıdır  |    

Baş Prokurorluq Masazır gölü ilə bağlı araşdırmalara başladı

Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu ərazisində yerləşən Masazır gölünün çirkab suları və müxtəlif tullantılarla çirklənməsinə dair məlumatlar yayılıb.

Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə məlumatda bildirilib ki, həmin məlumatlar Baş Prokurorluğun rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülməklə araşdırmanın aparılması Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə həvalə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri araşdırmaya cəlb edilməklə həmin əraziyə Baş Prokurorluğun qeyd edilən idarəsinin və Abşeron Rayon Prokurorluğunun əməkdaşları tərəfindən baxış keçirilib.

“Qeyd edilən gölün hazırkı ekoloji vəziyyətinin səbəb və şəraitinin, həmçinin əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, məlumatda bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 169 18.09.20 18:00