İlham Əliyev: “Hazırda postpandemiya dövrünə hazırlaşırıq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:07 Azərbaycanın yunan-Roma güləşi millisi Avropa ikincisi olub  |     19:01 “Xocavənd” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb  |     18:53 FIFA Rusiya klubları ilə müqavilələri dayandırmaq icazəsini uzadıb  |     18:44 Xərçəng xəstəliyi hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb  |     18:39 Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq  |     18:31 BBC: Anomal istilər avropalılar üçün ölümcül olub  |     18:11 Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub  |     17:51 Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib  |     17:25 Dubaydan gələn Azərbaycan vətəndaşının əl yükündə 548 karat brilyant aşkarlandı  |     16:58 "VKontakte" sosial şəbəkəsində genişmiqyaslı xəta baş verdi  |     16:21 Ermənistan ŞƏT-ə üzv olmaq niyyətini açıqladı  |     15:41 Attestata səhv qiymət yazan direktor cəzalandırıldı  |     15:37 Konsulluq əməkdaşları Bakıda saxlanılan Rusiya vətəndaşları ilə görüşəcəklər - Zaxarova  |     15:01 Emin Rusiyadakı konsertini təxirə salır? - FOTO  |     15:00 Şimali Kipr Türk Respublikasının prezidenti Füzuli rayonuna gedib  |     14:51 Rusiyanın mobil provayderlərində "az" domenli saytlara giriş məhdudlaşdırılıb  |     14:50 Alyona Əliyeva Leyla Əliyevanı təbrik etdi - FOTO  |     14:32 Pakistanın baş naziri Azərbaycana yola düşüb  |     13:44 İsrail prezidenti Azərbaycana təyin olunmuş yeni səfirlə görüşüb  |     13:38 "Crocus City Hall"da törədilən terror aktı: İcraçılar harada, necə və nə qədər müddətə hazırlaşıblar  |    

İlham Əliyev: “Hazırda postpandemiya dövrünə hazırlaşırıq”

Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə ki, peyvənd icad olunandan sonra artıq biz deyə bilərik ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi, Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərik, o cümlədən təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində deyib.

“Biz pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirdik, eyni zamanda, bir dənə də sosial layihə ixtisar edilməmişdir. Bildiyiniz kimi, biz keçən il və bu il vətəndaşlara böyük sosial paket təqdim etdik. Bu il 5 milyona yaxın Azərbaycan vətəndaşı dövlət tərəfindən dəstəkləndi və bu dəstək bu gün də davam etdirilir”, - deyə dövlətimizin başçısı qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 280 15.09.20 13:46