Mojo.az Banner
SON DƏQİQƏ
20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Xərçəng xəstəliyi hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb

03.07.2025 18:44 1 149
Xərçəng xəstəliyi hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
Yaponiyanın Fudzita Universitetinin doktoru Hideyuki Sayanın rəhbərlik etdiyi bir qrup tədqiqatçı müəyyən ediblər ki, badam, ərik və əncirə xarakterik qoxu verən benzaldehid kimyəvi birləşmənin terapiyaya xərçəng xəstəliyi hüceyrələri ilə davamlı mübarizə aparmağa kömək edir.

Bununla bağlı araşdırma “British Journal of Cancer” (BJC) jurnalında dərc olunub.

Xərçəng xəstəliyi hüceyrələri sürətlə çoxalaraq strukturlarını dəyişə bilir, sıx epiteliya vəziyyətindən daha mobil mezenximal vəziyyətə keçir, bu da onların yayılmasına və müalicəyə müqavimətinə kömək edir. Tədqiqatçılar benzaldehidin bu prosesi maneə törətmək qabiliyyətinə diqqət yetiriblər.

Siçanlar üzərində aparılan təcrübələrdə benzaldehid radiasiya terapiyasına və osimertinib dərmanına davamlı olanlar da daxil olmaqla, bədxassəli hüceyrələrin böyüməsinin qarşısını alıb. Hüceyrə bitkilərində maddə radiasiya müalicəsinin təsirini gücləndirib və əvvəllər müqavimət göstərən hüceyrələri məhv edib.

Təsir mexanizmi, benzaldehidin 14-3-3ζ siqnal proteininin fosforlanmış histon H3 ilə qarşılıqlı təsirinə mane olması ilə əlaqədardır. Bu qarşılıqlı əlaqə xərçəng xəstəliyi hüceyrələrinin yaşaması və müalicəyə qarşı müqaviməti üçün vacibdir. Benzaldehid onun qarşısını alaraq, şişin plastisiyasına və müqavimətinə səbəb olan genlərin yayılmasını azaldır.

Alimlər ümid edirlər ki, benzaldehid mövcud xərçəng xəstəliyi əleyhinə üsullara yeni əlavə olacaq, onların effektivliyini artıracaq və dərmanlara davamlılıq problemini aradan qaldıracaq.
//reportскачать dle 11.3

Son xəbərlər