Gömrükçülər sərhəddən qanunsuz xarici valyuta keçirilməsinin qarşısını aldılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:25 Azərbaycanlı ABŞ-nin səhiyyə sistemindən 137 milyon dollar ələ keçirib - FOTO  |     13:22 Metroda HƏYƏCANLI ANLAR: Ana və övladları ilk dəfə istifadə etdikləri eskalatordan yıxıldılar  |     13:15 Son dövrlərdə körpələrə hansı QƏRİBƏ ADLAR qoyulub?  |     13:02 Pakistan Milli Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib  |     12:56 Bakıda reabilitasiya mərkəzinin əməkdaşı iki nəfəri bıçaqladı  |     12:07 Bu il doqquz yeni bağça fəaliyyətə başlayacaq  |     12:05 Qobustanda 24 yaşlı gəlin QƏTLƏ YETİRİLDİ: Qayınatası saxlanıldı  |     12:03 Əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |     12:01 Sumqayıt-Bakı qatarı yolda qaldı  |     11:47 Qanun dəyişir: Ödənilə bilməyən bəzi borcları dövlət qaytaracaq  |     11:36 Saniyədə 30-a qədər ağcaqanad öldürən portativ lazer düzəldildi  |     11:36 İranda İsrail kəşfiyyatının informatoru saxlanıldı  |     11:26 Bakı Limanına yeni baş direktor TƏYİN EDİLDİ  |     10:55 Metronun "20 Yanvar" stansiyası istiqamətində QƏZA: Sıxlıq yarandı  |     10:42 İmişlidə ferma yandı  |     23:01 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı  |     22:53 Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb  |     22:49 Vətən müharibəsi iştirakçısı vəfat etdi  |     22:38 Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı  |     21:08 "Formula-1" Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu  |    

Gömrükçülər sərhəddən qanunsuz xarici valyuta keçirilməsinin qarşısını aldılar

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar.

Bu barədə DGK məlumat yayıb.

İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstana gedən “Mercedez-Benz Atego” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda köynəyə bükülü halda gömrük nəzarətinə bəyan edilməyən 22 400 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 275 01.07.20 13:45