Abşeronda it döyüşdürən şəxslər ələ keçdi - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:05 “Qardaşı onu körpə qızı ilə yatarkən öldürübmüş...”  |     14:58 Ərdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginlikdən danışdı  |     14:53 İki gün əvvəl avtobusun vurduğu qadın XƏSTƏXANADA ÖLDÜ  |     14:46 Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq  |     14:39 Yaponiyada güclü zəlzələ olub  |     14:19 Polşa Rusiyaya nota verdi  |     14:18 Şəkidə avtomobil qəzası: Ürəktutması sürücünü həyatından etdi  |     14:13 Türkiyədə üç bələdiyyə başçısı SAXLANILDI  |     14:11 “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda – Bu dəfə “sağ əli”ndən şikayət edib  |     14:08 Ermənistanda müxalif hərəkat lideri iki ay müddətinə həbs edilib  |     14:05 Şəmkirdə mindən çox abonentin qaz təchizatında fasilə yaranacaq  |     13:30 Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir  |     13:26 QMİ: Şamaxı Rəsədxanasının təqviminə əsasən Aşura bu gündür  |     13:03 Rusiyada daha iki azərbaycanlı haqda qərar verilib  |     23:04 Cəlilabadda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı  |     22:31 Məhkəmədə Kəlbəcərin işğalı zamanı ermənilərin mülki əhalini atəşə tutması ilə bağlı ifadə verilib  |     22:22 Boşanmadan sonra kredit borcunu kim ödəməlidir?  |     22:17 Magistraturanın SABAH qrupları ləğv olunur  |     22:09 9 uşaq bağçası açılacaq  |     22:03 13 yaşlı "ağ" haker "Microsoft"a necə kömək edir?  |    

Abşeronda it döyüşdürən şəxslər ələ keçdi - RƏSMİ

“Qanunsuz it döyüşləri təşkil edən altı nəfərdən dördü saxlanılıb”.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov məlumat verib.

Onun sözlərinə görə, sosial şəbəkədə paylaşılan videogörüntülər əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri başlanıb:

“Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan altı nəfərin şəxsiyyəti müəyyən edilib. Onlardan dördü - Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyevdir. Adları çəkilən şəxslər artıq saxlanılıb.

Onların törətdikləri əmələ uyğun məsuliyyətin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək. Digər iki nəfərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. İlkin araşdırmalarla o da müəyyən edilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər 2019-cu ilin sentyabr ayında Abşeron rayonu ərazisində çəkilib”.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə itlərin döyüşdürülməsi və doğranılması ilə bağlı yayılan videogörüntülər insanlar arasında ciddi müzakirələrə səbəb olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 031 28.05.20 14:24