16:25 Azərbaycanda sabiq rektor VƏFAT ETDİ - FOTO  |     16:10 Kriptovalyuta bazarında qiymətlər təşviş yaratdı  |     16:06 Pensiya sisteminin maliyyə dayanıqlılığında RİSK MÖVCUDDUR? - Nazirlik açıqladı  |     16:03 Ermənistanda keçmiş mer saxlanıldı  |     15:55 Amerikalı məşhur aktyor Robert De Niro Bakıda restoran açacaq  |     15:01 Günəşdə iki güclü partlayış baş verib  |     14:54 Azərbaycan və Özbəkistan ali hərbi məktəbləri arasında memorandum imzalanıb  |     14:39 Dünyanın ən bahalı avtomobil brendləri - SİYAHI  |     13:32 ABŞ-də təyyarə qəzaya uğradı, 3 nəfər öldü  |     13:22 Dönərin pulunu verməyən müştərini döydü, 1 200 manat ziyana düşdü  |     13:05 Qayınanasını döyən kürəkən məhkəmə zalında həbs edildi  |     13:04 Rusiyada əsgər hərbi hissədə xidmət yoldaşlarına atəş açdı: Ölənlər və yaralananlar var  |     13:03 Mikroavtobusda qardaşının keçmiş arvadını döyən qadına hökm oxundu  |     13:02 Kürdəmirdə uşaq bağçasında yanğın olub  |     13:00 Hansı dərmanları qəbul edərkən qəhvə içmək olmaz? - Britaniyalı əczaçıdan XƏBƏRDARLIQ  |     12:58 Çörəyin ən bahalı və ən ucuz olduğu ölkələrin adı açıqlanıb: Azərbaycan hansı sıradadır?  |     12:57 Saatlıda 8-ci sinif şagirdi vəfat etdi  |     12:56 Park ərazisində qanunsuz tikinti aparılıb? - Sakinlərdən ŞİKAYƏT (Video)  |     12:49 Bəzi gizir və miçmanlar üçün həqiqi hərbi xidmət müddəti artırılır  |     12:42 Yaşayış binasının köhnə liftləri sökülüb, yeniləri isə quraşdırılmır - VİDEO  |    

Azərbaycanda bu şəxslərin vergi yükü azaldılır - RƏSMİ

Koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikro sahibkarlar üçün də güzəştlərin verilməsi nəzərdə tutulur.

Bu barədə İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklərlə bağlı hazırlanan layihədə qeyd edilib.

Məlumatda bildirilib ki, sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi (verginin dərəcəsi 2 faizdən 1 faizə salınır), 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.

Sənəddə Nazirlər Kabinetinin qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergi ödəyiciləri tərəfindən əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilməməsi və ödənilmiş vergilərin növbəti dövrlərin ödəmələrinə aid edilməsi qeyd olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 618 22.04.20 12:05