Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:27 Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü | 19:02 21 istiqamətdə tıxac var - SİYAHI | 18:54 Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb | 18:43 "Qarabağ"dan Yankoviç və Silva açıqlaması (Yenilənib) | 18:37 Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu | 18:30 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq | 18:27 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər (Yenilənib) | 18:22 “Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı” | 18:13 Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi" | 18:05 Millimiz üçüncü dəfə dünya çempionu oldu | 18:03 Prezident İlham Əliyev: "Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" | 17:46 Ər-arvadı öldürüb evlərini yandıran şəxsin məhkəməsi başlayır | 17:45 Ağstafada bir ailənin üç üzvü zəhərlənib | 17:23 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər (VİDEO) | 17:14 Beynəlxalq axtarışda olan iki nəfər Gürcüstandan Azərbaycana gətirildi | 17:12 Gənc müəllimləri kəndlərdə saxlamaq üçün yeni addımlar lazımdır – AÇIQLAMA | 17:05 İmtahanlara müdaxilə cinayəti: Prokuror Kamran Əsədova cəza istədi | 17:04 Əli Əsədovdan məhkəmə ekspertləri ilə bağlı qərar | 17:03 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? | 17:00 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - FOTO (Yenilənib) |
Mojo.az Avto
Mojo.az Avto

Yaşayış binasının köhnə liftləri sökülüb, yeniləri isə quraşdırılmır - VİDEO

17.10.2025 12:42 543
Yaşayış binasının köhnə liftləri sökülüb, yeniləri isə quraşdırılmır - VİDEO
Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi, 320 ünvanında yerləşən 12 A saylı doqquzmərtəbəli binanın köhnə liftləri sökülüb, yeniləri isə quraşdırılmır.

Median.Az
Xəzər Tv-yə istinadən xəbər verir ki, yaşlılar və xəstələr də daxil olmaqla bütün bina sakinləri 1 aydır ki, binaya ayaqla çıxıb-düşməli olurlar.

Sakinlərin sözlərinə görə, əvvəlki liftlər köhnə olsa da, işlək vəziyyətdə olub. Həmin liftlər istismar müddəti bitdiyi üçün yenilənmək məqsədilə sökülüb. Amma yenisi quraşdırılmayıb.

Məsələ ilə əlaqədar Gəncə Mənzil Kommunal İstehsalat Birliyindən bildirildi ki, sözügedən ünvanda köhnə liftin demontaj prosesi zamanı şaxtada problem çıxıb və bununla bağlı iş dayandırılıb.

FHN-in Dağ-Mədən Nəzarəti və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Agentliyinin Qərb Regional Müfəttişliyinin mütəxəssisləri də şaxtaya baxış keçirərək akt tərtib ediblər. Yaranmış problem aradan qaldırıldıqdan sonra qurum mütəxəssislərinin növbəti rəyi əsasında montaj işləri yekunlaşdırılacaq və lift istismara veriləcək.

Son xəbərlər