Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Qayınanasını döyən kürəkən məhkəmə zalında həbs edildi

17.10.2025 13:05 573
Qayınanasını döyən kürəkən məhkəmə zalında həbs edildi
Ağstafa Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Fərəc Əmirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Heyran Mürsəlovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında həbs olunub.

İttiham aktına görə, hadisə 20 may 2025-ci il tarixdə, saat 13:20 radələrində Ağstafa şəhərində yerləşən "Zəhra Telekom" mobil telefon aksesuarları mağazasının qarşısında qeydə alınıb.

Belə ki, Fərəc Əmirov zərərçəkmiş Sənan Nəbiyev (adı, soyadı şərtidir) tərəfindən idarə olunan sözügedən mağazaya gəlib. O, heç bir əsaslı səbəb olmadan və hər hansı şəxs tərəfindən ona müraciət edilmədiyi halda, ona guya Sənanın mərhum tanışı S.K-nın (adı, soyadı şərtidir) həyat yoldaşına mobil telefon vasitəsilə sevgi münasibəti təklif etdiyini deyib. Fərəc bunu bəhanə edərək orada olan şəxslərin gözü qarşısında Sənanı nalayiq ifadələrlə təhqir edib. Daha sonra o, zərərçəkmişin sifət nahiyəsinə yumruqla bir dəfə vurub. Zərbədən sonra Sənanın ondan qaçmağa cəhd göstərməsinə və ətrafdakı şəxslərin vəziyyəti sakitləşdirməyə çalışmasına baxmayaraq, onu təqib edib, bədəninin müxtəlif hissələrinə yenidən yumruq zərbələri endirib.

Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətlərini davam etdirib. Bu zaman mağazanın qarşısında, səki üzərində satış üçün düzülmüş çəhrayı rəngli uşaq skuterini silah qismində istifadə edərək, onunla Sənana zərbə endirib. Skuter zərərçəkmişin qoluna dəyib.

Hadisə zamanı ətrafda olan və ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Sənanın qayınanası, zərərçəkmiş Məxmirə Hacıyeva (adı, soyadı şərtidir) da onun aqressiv hərəkətlərini dayandırmaq məqsədilə araya girib. Lakin Fərəc ona da yumruqla bir neçə dəfə zərbə endirib. Zərbələr nəticəsində Məxmirə Hacıyeva dizləri üstə yerə yıxılıb və sağ bazusunda qançırla müşayiət olunan bədən xəsarətləri alıb.

Hadisədən sonra Fərəc Əmirov saxlanılıb. İstintaq müddətində onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.скачать dle 11.3

Son xəbərlər