Mojo.az Banner
17:00 Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?  |     16:55 Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)  |     16:47 40 yaşlı Ledi Qaqa ilk dəfə ana oldu  |     16:42 1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı  |     16:34 Bu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)  |     16:28 Daha çox su içdikdə orqanizmdə hiss edəcəyiniz 5 dəyişiklik (ARAŞDIRMA)  |     16:23 Ötən gün 9 odlu silah aşkarlanıb  |     16:15 Ətirli yoqurtlar qanda şəkərin səviyyəsinə necə təsir edir?  |     16:10 34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı  |     16:03 Cinayətdə şübhəli bilinən 45 nəfər saxlanıldı  |     15:58 Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - FOTO  |     15:53 Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldü - VİDEO  |     15:46 Ağdərədə atla minaya düşən şəxs danışdı - VİDEO  |     15:42 Bakıda dostların zarafatı məhkəmədə bitdi  |     15:34 "Real Madrid" onunla bağlı son qərarını verdi  |     15:29 Bu şəxslərin maaşı 35 faiz artacaq  |     15:23 Bu sahədə maaşlar 4 min manatdan yuxarıdır  |     14:56 Hikmət Hacıyev erməni saxtakarlığını belə ifşa etdi - VİDEO  |     14:54 Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb  |     14:39 Yol polisi sürücülərə müraciət etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Çörəyin ən bahalı və ən ucuz olduğu ölkələrin adı açıqlanıb: Azərbaycan hansı sıradadır?

17.10.2025 12:58 723
Çörəyin ən bahalı və ən ucuz olduğu ölkələrin adı açıqlanıb: Azərbaycan hansı sıradadır?
Dünyada ağ çörəyin orta qiyməti təxminən 2.91 manat təşkil edir. Ən yüksək qiymət 15.81 manat olmaqla Cibutidə qeydə alınıb, ən ucuz isə Əlcəzairdə olub ki, dövlət subsidiyaları sayəsində qiymət 0.29 manat təşkil edib.

Bu barədə "RİA Novosti" agentliyinin 16 oktyabr - Ümumdünya Çörək Günü münasibətilə dərc etdiyi yazıda məlumat verilib.

Agentliyin məlumatına görə, çörəyin ən bahalı olduğu ölkələr sırasına həmçinin Bermud adaları (14.31 manat), Kayman adaları (10.55 manat), Monako (8.91 manat) və Baham adaları (8.74 manat) da daxildir. Bu göstəriciyə görə, ilk 10-luğa Konqo, Mərkəzi Afrika Respublikası, İslandiya, Lixtenşteyn və Cənubi Afrika Respublikası da daxil olub.

Qeyd edək ki, Azərbaycan çörəyin qiymətinin ən aşağı olduğu ölkələr sırasında yer alıb. Belə ki, çörəyin ən aşağı qiymətə olduğu ölkələrin siyahısında Əlcəzairlə yanaşı Tunis (0.33 manat), Esvatini (0.34 manat), Əfqanıstan (0.41 manat) və Liviya (0.48 manat), eləcə də Çad, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Azərbaycan var.скачать dle 11.3
Mojo.az Banner