14:04 AZAL təyyarəsinin qəzasında yaralanan Nurullah Siracov vəfat etdi  |     14:00 Qatlanan "iPhone"un buraxılışı təxirə salınır  |     13:57 Bazarda arabaçı işləyən şəxsin 5 şirkəti var - Video  |     13:53 Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür  |     13:46 "Ford" 625 min avtomobili geri çağıracaq  |     13:21 Gələn il Bakı üzrə yığılacaq ümumi gəlirlər açıqlandı  |     13:17 Bakıda ailə evindən çıxarıldı: Övladları küçədə dərs oxuyurlar  |     13:07 Yuxarı Şirvan kanalında bir nəfər batıb  |     23:02 "Qarabağ" "Turan Tovuz"u məğlub etdi  |     22:55 Gələn il təhsilə ayrılacaq vəsait məlum oldu  |     22:49 Müharibəyə və terrorçuluğa çağırışları tədqiq olundu - MƏHKƏMƏ  |     22:43 Bu avtomobillərin taksi kimi istifadəsi mümkün olmayacaq - AYNA  |     22:38 Miqrantların olduğu qayıq qəzaya uğradı, ölənlər var  |     22:31 “Sədərək” Ticarət Mərkəzindən Ramiz Mehdiyevlə bağlı iddialara cavab  |     22:25 Aeroportdan taksi şirkətləri ilə daşınan sərnişinlərin SAYI AÇIQLANIB  |     22:16 Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək  |     22:11 Alış-verişdə qərarı reklam, keyfiyyət, yoxsa qiymət formalaşdırır?  |     22:04 Dünyada ən çox gəlir gətirən makyaj məhsulları  |     21:50 Putin Macarıstana getsə, həbs olunacaq? - Açıqlama  |     21:44 Məşhur Məmmədovun "Embafinans"ı borc içində: Rəhbərinə "stop" qoyulub  |    

5 yaşlı uşağın ölümünə səbəb olan sürücü istintaqa cəlb edilidi

Ağsu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutularaq istintaqa cəlb edilib.

Baş Prokurorluqdan bildirilib ki, aprelin 14-də, saat 17:00 radələrində, Ağsu rayonu Cəlayir kəndi ərazisində kənd sakini Emin Qiyasovun idarə etdiyi "VAZ-2107" markalı 10-MS-126 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada-2015-ci il təvəllüdlü Gülər Əsədovanın vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İstintaqla hadisənin E.Qasımov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 095 15.04.20 20:01