14:04 AZAL təyyarəsinin qəzasında yaralanan Nurullah Siracov vəfat etdi  |     14:00 Qatlanan "iPhone"un buraxılışı təxirə salınır  |     13:57 Bazarda arabaçı işləyən şəxsin 5 şirkəti var - Video  |     13:53 Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür  |     13:46 "Ford" 625 min avtomobili geri çağıracaq  |     13:21 Gələn il Bakı üzrə yığılacaq ümumi gəlirlər açıqlandı  |     13:17 Bakıda ailə evindən çıxarıldı: Övladları küçədə dərs oxuyurlar  |     13:07 Yuxarı Şirvan kanalında bir nəfər batıb  |     23:02 "Qarabağ" "Turan Tovuz"u məğlub etdi  |     22:55 Gələn il təhsilə ayrılacaq vəsait məlum oldu  |     22:49 Müharibəyə və terrorçuluğa çağırışları tədqiq olundu - MƏHKƏMƏ  |     22:43 Bu avtomobillərin taksi kimi istifadəsi mümkün olmayacaq - AYNA  |     22:38 Miqrantların olduğu qayıq qəzaya uğradı, ölənlər var  |     22:31 “Sədərək” Ticarət Mərkəzindən Ramiz Mehdiyevlə bağlı iddialara cavab  |     22:25 Aeroportdan taksi şirkətləri ilə daşınan sərnişinlərin SAYI AÇIQLANIB  |     22:16 Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək  |     22:11 Alış-verişdə qərarı reklam, keyfiyyət, yoxsa qiymət formalaşdırır?  |     22:04 Dünyada ən çox gəlir gətirən makyaj məhsulları  |     21:50 Putin Macarıstana getsə, həbs olunacaq? - Açıqlama  |     21:44 Məşhur Məmmədovun "Embafinans"ı borc içində: Rəhbərinə "stop" qoyulub  |    

Azərbaycanda həkimlərə “üz sipəri” paylanıldı

“STEAM Azərbaycan” layihəsi COVID-19 pandemiyasından qorunmaq üçün “üz sipəri”, eləcə də bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalını davam etdirir.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu cihazlar tibbi heyətin istifadəsi üçün nəzərdə tutulub.

Sözügedən proses çərçivəsində 1 500-dən çox “üz sipəri” istehsal olunaraq, tibb işçilərinə paylanılıb.

İstehsal prosesi insan əməyi olmadan, xüsusi 3D printerlərlə həyata keçirilir. “Üz sipəri”nin hazırlanmasında istifadə olunan məhsullar ekoloji təmiz və insan həyatı üçün təhlükəsizdir. Bu qoruyucu sipər insanın üzünü tam örtməklə hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.

Qeyd edək ki, “STEAM Azərbaycan” layihəsinə 2019-cu ilin sentyabr ayında Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən start verilib. Layihə hazırda ölkənin 42 məktəbində 6 mindən çox şagirdi əhatə edir və əsas məqsədi məktəblilər arasında yaradıcılıq, innovasiyalar və sahibkarlıq təfəkkürünü təşviq etməkdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 391 15.04.20 14:41