Baş Prokurorluq ƏƏSMN ilə birgə aztəminatlı ailələrə ərzaq yardımı etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:10 Əsir götürüldükdən sonra Ermənistana aparılmış şəxs: Məhz azərbaycanlı olduğuma görə işgəncələrə məruz qalırdım  |     20:02 Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı cüzi artıb  |     19:57 Sabah hava yağmursuz olacaq  |     19:49 Azərbaycanda nadir xəstəliklərə yoluxanların sayı açıqlanıb  |     19:43 Təbiətə 63 min manatdan çox ziyan vurulması ilə bağlı cinayət işi başlanıb  |     19:35 "Liverpul" klubu "Bavariya"nın təklifini rədd edib  |     19:30 Rusiya ilə münasibətlər Ermənistan parlamentində deputatlar arasında mübahisə yaradıb  |     19:21 Çin klubu rəqiblərin paltardəyişmə otağında üzərində qarğış yazılan kağızlar yerləşdirdiyinə görə cərimələnib  |     19:15 Rusiyanın Poltavaya zərbələri nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb  |     19:07 Azərbaycanın yunan-Roma güləşi millisi Avropa ikincisi olub  |     19:01 “Xocavənd” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb  |     18:53 FIFA Rusiya klubları ilə müqavilələri dayandırmaq icazəsini uzadıb  |     18:44 Xərçəng xəstəliyi hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb  |     18:39 Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq  |     18:31 BBC: Anomal istilər avropalılar üçün ölümcül olub  |     18:11 Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub  |     17:51 Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib  |     17:25 Dubaydan gələn Azərbaycan vətəndaşının əl yükündə 548 karat brilyant aşkarlandı  |     16:58 "VKontakte" sosial şəbəkəsində genişmiqyaslı xəta baş verdi  |     16:21 Ermənistan ŞƏT-ə üzv olmaq niyyətini açıqladı  |    

Baş Prokurorluq ƏƏSMN ilə birgə aztəminatlı ailələrə ərzaq yardımı etdi

“Prezident İlham Əliyevin ölkəmizdə pandemiyaya qarşı mübarizə məqsədilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsinə dair çağırışına dəstək olaraq prokurorluq əməkdaşları da sosial həmrəylik nümayiş etdirirlər”.

Bu barədə Respublika Baş Prokurorluğu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, aztəminatlı ailələrə dövlət qayğısının təzahürü olaraq növbəti addım kimi onların sosial müdafiəsinin həyata keçirilməsi məqsədilə yardımlar edilib.

Baş Prokurorluğun əməkdaşları müvafiq şəhər, rayon prokurorluqları və sosial müdafiə qurumlarının nümayəndələri ilə birgə Bakı şəhərinin Nəsimi, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər, Pirallahı və Qaradağ rayonları, eləcə də Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran şəhərlərində və Abşeron rayonunda yaşayan 1000 aztəminatlı ailəyə evlərində ərzaq məhsullarından ibarət yardımlar təqdim ediblər.

Prokurorluq əməkdaşları, eyni zamanda, həmin insanların səhhəti ilə maraqlanıb, onlarla maarifləndirici söhbətlər aparmaqla yanaşı, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydaları barədə də məlumat veriblər.

Göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edən aztəminatlı ailələrin üzvləri dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə dövlətimiz tərəfindən sistemli və təxirəsalınmaz tədbirlər həyata keçirilməklə yanaşı, həssas əhali qruplarının, həmçinin aztəminatlı ailələrin sosial müdafiəsi də diqqətdə saxlanılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 123 08.04.20 17:50