Mojo.az Banner
15:01 Rusiyada təyyarə qəzası: ölənlər var  |     14:58 BDU-nun tələbəsi və qardaşı faciəli şəkildə öldü - YENİLƏNİB  |     14:52 Azərbaycana gələn özbək qadın hava limanında həbs edildi  |     14:49 Rusiyanı tərk edən Hüseyn Həsənova həbs şoku  |     14:48 Baş Prokuror Şəfahət İmranova yeni vəzifə verdi  |     13:58 Sədərəkdə iki saat qaz olmayacaq  |     13:47 Cəlilabaddakı dəhşətli qətlin təfərrüatı - Həbsdən qayıdıb, qardaşının arvadından qisas almaq istəyib  |     13:39 Anar Əzimov şöbə müdiri təyin edildi  |     13:12 Bəzi rayonlara qar yağacaq, duman olacaq  |     13:11 Səlim Müslümovun milyonluq evi də satışa çıxarıldı  |     12:51 Yaxın günlərdə bütün pensiyalar artırılacaq  |     12:47 Fevralda neçə gün evdəyik?  |     12:39 "Bir sıra dövlət qurumlarında insanlar ixtisar olunur" - Fazil Mustafa  |     12:30 Cəlilabadda baltalanaraq xəsarət alan yeniyetmənin son vəziyyəti açıqlandı  |     12:21 Qumar oyunlarını təşkil və təşviq edən 429 internet resursu bloklanıb - ETX-dən xəbərdarlıq  |     12:20 Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq  |     12:03 Naxçıvan MR Konstitusiyasına dəyişikliklər II səsvermədə qəbul edildi  |     11:52 ABŞ-yə məxsus fondun Azərbaycan üzrə məsləhətçisinin məhkəməsi başlayır  |     11:47 Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb  |     11:39 Baş nazirdən mobil telefonların gömrükdən keçirilməsi ilə bağlı yeni qərar  |    
Left Banner
Right Banner

Əli Əsədov Mərkəzi Banka və bir neçə quruma tapşırıqlar verdi

11.03.2020 22:26 1 725
Əli Əsədov Mərkəzi Banka və bir neçə quruma tapşırıqlar verdi
Baş Nazir Əli Əsədov Mərkəzi Bank, Dövlət Neft Fondu və Maliyyə Nazirliyinə tapşırıqlar verib.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair keçirilən müşavirədə bildirilib.

Müşavirədə Mərkəzi Bank və Dövlət Neft Fondu valyuta bazarında sabitliyin qorunması məqsədilə zəruri tədbirlər görülməsi istiqamətində işləri davam etdirmək tapşırılıb.

Qeyd olunub ki, artıq əmanətlərin tam sığortalanması müddətinin uzadılması ilə bağlı qərar layihəsi Milli Məclisdədir.

Mərkəzi Banka Prezidentin tapşırıqlarına müvafiq olaraq bank sektorunun sağlamlaşdırılması istiqamətində görülən tədbirləri davam etdirmək və atılacaq addımları sürətləndirmək, vergi xidməti orqanlarına səlahiyyətləri çərçivəsində valyuta bazarında yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görmək, Maliyyə Nazirliyinə 2020-ci ilin dövlət büdcəsinin maliyyə dayanıqlığının daha da gücləndirilməsi və büdcə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirmək tapşırılıb.скачать dle 11.3