Ruhani təsdiqlədi: Tehran Pentaqonu terror təşkilatı kimi tanıdı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Ruhani təsdiqlədi: Tehran Pentaqonu terror təşkilatı kimi tanıdı
İran Prezidenti Həsən Ruhani parlamentin Pentaqonu terror təşkilatları siyahısına salmaqla bağlı qanun layihəsini təsdiqləyib.

“Tasnim” agentliyinin məlumatına görə, bundan sonra İranda Pentaqonun və onunla bağlı bütün müəssisə və təşkilatların üzvləri terrorçu hesab olunacaq.

Xatırladaq ki, 2019-cu ilin aprelində İranda qəbul edilən qərarla ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı qadağan olunmuş təşkilat kimi tanınmışdı.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          646 13.01.20 17:04