Mojo.az Banner
22:16 Baltik dənizindən keçən sualtı elektrik xətti sıradan çıxdı  |     21:59 Azərbaycan Çindən 88 min manata yanğınsöndürən alıb  |     21:58 Gəncədə tövlə yandı, ev quşları tələf oldu  |     21:53 Elvin üçün "Qarabağ"a 3 milyon avroluq təklif gəlib?  |     21:38 Azərbaycanda yumurtanın qiyməti bu tarixdən UCUZLAŞACAQ  |     21:35 Moskva məhkəməsi Filipp Kirkorova mülklərini saxlamağa icazə verdi  |     20:41 Türkiyədə silahlı şəxs müəllimə hücum etdi  |     20:28 Azərbaycanda cinayət törədən uşaqlar: hər il 400-dən çox...  |     20:28 ARB telekanalının yayımı 24 saatlıq dayandırılacaq - QƏRAR  |     20:03 "Qanunsuz ayrılmış 3 min hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılıb"  |     19:55 Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yoxlanılıb  |     19:44 Bakıda 10 milyon dollarlıq dələduzluqda ittiham olunan çinli iş adamına "stop" qoyuldu  |     19:27 DİN əməliyyat keçirdi - ANBAAN GÖRÜNTÜLƏR (Video)  |     19:10 Tütün qaçaqmalçılığında adları hallanan vəzifəli şəxslərin məhkəməsində GÖZLƏNİLMƏZ QƏRAR  |     18:56 Elşad Quluyev vəzifəsindən azad edildi  |     18:43 Çindən məhsul sifariş edənlərin NƏZƏRİNƏ: Bağlamalar ləngiyə bilər  |     18:41 Bu istiqamtə də marşrutların hərəkət sxemləri dəyişir  |     18:22 Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT  |     18:04 Sabunçuda ailə dramı: Ər arvadını, baldızını və onların nənəsini bıçaqladı – TƏFƏRRÜAT  |     17:51 General-leytenant bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir  |    
Left Banner
Right Banner

Azərbaycan Transxəzər fiber-optik kabel bağlantısında iştirakı ilə Avrasiyanın İKT xəritəsinə daxil olacaq

09.11.2019 18:42 2 119
Azərbaycan Transxəzər fiber-optik kabel bağlantısında iştirakı ilə Avrasiyanın İKT xəritəsinə daxil olacaq
İqtisadi Əməkdaşlıq Təşkilatın (İƏT) bölgəsində böyük potensiala malik digər bir sahə də informasiya-kommunikasiya texnologiyaları sahəsidir.

Median.Az
report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İƏT-in Antalyada keçirilən Nazirlər Şurasının 24-cü iclasında deyib.

Nazir bildirib ki, Azərbaycan Qazaxıstan və Türkmənistan ilə, ölkələrimizin adlarını Avrasiyanın İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) xəritəsinə salmaq üçün genişzolaqlı şəbəkə qurmaq məqsədilə Transxəzər fiber-optik kabel bağlantısının həyata keçirilməsində əməkdaşlıq edir.

"Rəqəmsal fərqin aradan qaldırılmasına yönələn BMT-nin təşəbbüslərinə töhfə verməyə davam edəcəyik. Bu həm də İƏT bölgəsində ticarətin rəqəmsallaşdırılmasına kömək edəcək", - deyə E.Məmmədyarov vurğulayıb.

Onun sözlərinə görə, İƏT çərçivəsində həyata keçirilə biləcək mümkün birgə layihələrdən biri də ticarətin rəqəmsallaşdırılmasıdır. "Bu daha çox ticarət həcmini cəlb edə bilər. Bu cür elektron ticarət platformalarını bölgədəki tərəfdaşlarımızla birlikdə təşviq edə bilərik” - deyə, o, bildirib.
Xatırladaq ki, ümumi uzunluğu 380-400 km olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı Azərbaycanın "AzerTelecom" şirkəti və Qazaxıstanın "Transtelekom" və "KazTransCom" şirkətləri tikinti üzrə müvafiq müqavilə imzalayıb.скачать dle 11.3
Mojo.az Banner